Accessibility links

ABŞ-ın yardım agentliyi Rusiyanı tərk edir


USA
USA
Rusiya Birləşmiş Ştatları Moskvadakı yardım agentliyindən istifadə edərək ölkənin daxili siyasətinə təsir göstərməkdə təqsirləndirir.

İttiham Vaşınqtonun Moskvanın xahişi ilə ABŞ-ın ölkədə Beynəlxlaq İnkişaf Yardım Agentliyinin fəaliyyətini dayandırmasından sonraya təsadüf edib.

Dövlət Departamentinin sözcüsü Viktoriya Nuland dünən müxbirlərə bildirib ki, Rusiya ötən həftə Birləşmiş Ştatlara ünvanladığı məktubda ABŞ-ın yardımına artıq ehtiyacın olmadığını bildirib. Nuland Kremlin bu qərarını tənqid etməyib.

Lakin o, deyib ki, ABŞ Rusiyanın bu istiqamətdə işləri uğurla davam etdirəcəyinə ümid bəsləyir.
XS
SM
MD
LG