Accessibility links

Rusiya BMT-nin Təhlükəsizlik Şurasının qətnamə layihəsinə veto qoyub


Rusiya BMT-nin Təhlükəsizlik Şurasının Suriyanın Hələb şəhərində 7 günlük atəşkəsin tətbiqinə veto qoyaraq, mühasirədə olan şəhərin şərq bölgəsinə humanitar yardımlar çatdırılmasına mane olub.

Rusiyanın BMT-dəki səfiri Vitaliy Çurkin bildirib ki, bu kimi fasilələr yaraqlılara hərbi sursat əldə etmələri və mövqelərini möhkəmləndirmələrinə yardım etməklə yanaşı, mülki əhalinin vəziyyətini daha da ağırlaşdırır.

Səfir Misir, Yeni Zelandiya və İspaniyanın təklif etdiyi qətnamə layihəsinin ABŞ, Fransa və Britaniyanın təzyiqi altında səsə qoyduqlarını deyib.

Sənəddə əvvəlcə 10 günlük atəşkəs təklif edilirdi. Lakin sonradan Rusiyanın dəstəyini əldə etmək üçün atəşkəs müddəti 7 günə endirilib.

Çin də qətnaməyə veto tətbiq edəcəyini bəyan edib.

Rusiya qüvvələrinin dəstəyi ilə Suriya ordusu noyabr ayının ortalarından bəri rəqib döyüşüçülərə qarşı hücumlarını artırıb. 250 min mülki əhalinin şəhərin şərq bölgəsində ağır durumda olduğu ehtimal edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG