Accessibility links

Rusiya xüsusi prokuror Müllerin Konqresdə ifadələrini diqqətlə izləyir


Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov

Rusiya hökumətinin rəsmiləri Moskva 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxiləsini rədd etməyə davam etdiyi zaman xüsusi prokuror Müllerin Konqresdə ifadələrini diqqətlə izləyir.

TASS xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov çərşənbə günü deyib ki, “biz Müllerin ifadələrini izləyirik”. Lakin o eyni zamanda, israrla “FBI rəhbərinin bu yaxınlarda dediyi kimi, Rusiyanın ABŞ seçkilərinə müdaxilə etməyə çalışdığı, ya da müdaxilə etməyə hazırlaşdığı haqda iddialarının heç bir əsası olmadığını” bildirib.

FBI direktoru Kristofer Rey
FBI direktoru Kristofer Rey

​Federal Təhqiqat Bürosunun direktorun Kristofer Rey çərşənbə axşamı Moskvanın 2020-ci il prezident seçkilərinə müdaxilə etməyə hazırlaşdığı ilə bağlı xəbərdarlıq edib. ABŞ-ın kəşfiyyat orqanları Rusiyanın Donald Trampın prezident seçilməsinə kömək etmək məqsədilə 2016-cı il seçkilərinə müdaxilə etdiyi haqda nəticə çıxarıb.

Ryabkov bildirib ki, Rusiya rəsmiləri “hesabatda olanlardan nəyin fərqli olduğunu görmək üçün Müllerin Konqres qarşısında verdiyi ifadələrin mətnini oxuyacaq”.

Xüsusi prokuror Robert Müller Konqresin Ədliyyə komitəsi qarşısında ifadə verir
Xüsusi prokuror Robert Müller Konqresin Ədliyyə komitəsi qarşısında ifadə verir

Xüsusi prokuror Müller prezident Tramp və Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı iki il sürən təhqiqatının nəticələrindən ibarət 448 səhifəlik hesabatını ABŞ-ın Ədliyyə Nazirliyinə mart ayında təqdim edib. Hesabatın redaktə edilmiş nüsxəsi aprel ayında ictimaiyyətə açıqlanıb.

Hesabatda prezident Trampın seçki kampaniyası və Rusiya arasında əlaqələrin olmadığı deyilir. Lakin təhqiqatçılar prezident Trampın ədalət mühakiməsinə mane olub-olmadığı haqda nəticə çıxarmayıblar.

Xüsusi prokuror ABŞ qanunvericilərinin hesabatla bağlı suallarını cavablandırmaq üçün çərşənbə günü Konqres qarşısında ifadə verir.

XS
SM
MD
LG