Accessibility links

Yaponiya Rusiyaya qarşı sanksiyaların yeni mərhələsini elan edib


Yaponiyanın Baş naziri Fumio Kişida
Yaponiyanın Baş naziri Fumio Kişida

Çərşənbə axşamı Yaponiya Ukraynanı işğal edən Rusiyaya qarşı sanksiyaların yeni mərhələsini elan edib.

Son sanksiyalara Rusiya prezidenti Vladimir Putinlə əlaqəli bir neçə şəxsin, eləcə də bəzi Belarus rəsmilərinin fəaliiyətlərinə və aktivlərinə nəzarət daxildir. Reuters xəbər agentliyinin məlumatına görə, bunlara, həmçinin Rusiya ilə bağlı neft emalı zavodu avadanlıqlarının və Belarusa göndərilən hərbçilərin istifadə edə biləcəyi əşyaların ixracına qadağa daxildir.

Yaponiya Maliyyə Nazirliyi çərşənbə axşamı bildirib ki, sanksiyaların hədəfləri arasında Putin administrasiyası rəhbərinin müavinləri, Çeçenistan Respublikasının rəhbəri və Kremlə bağlı "Volqa Qrupu", "Transneft və Vaqner Qrupu" kimi şirkətlərin rəhbərləri var.

Bu məhdudiyyətlər fevralın sonunda Tokionun bəzi rusların ölkəyə girişini qadağan etdiyi, Putinə də aid olduğu güman edilən bəzi aktivlərin dondurulduğu sanksiyalara əlavədir.

Yaponiya yüksək texnologiyaya ixrac və bəzi Rusiya banklarının qlobal bankdan-banka ödəniş sisteminə nəzarəti əlinə alaraq, Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-ın, üstəlik Avropa İttifaqının daxil olduğu SWIFT-ə çıxışı qadağan edən Böyük Yeddilər Qrupuna (G-7) qoşulub.

Bu cür addımlar Yaponiyanın baş naziri Fumio Kişidanın bu ilin əvvəlində dedikləri ilə ziddiyyət təşkil edir. Yanvarın 17-də siyasi çıxışında Kişida Tokionun “enerji sektorunda əməkdaşlıq da daxil olmaqla, Rusiya ilə hərtərəfli əlaqələri” inkişaf etdirməyə hazır olduğunu bildirmişdi.

Fevralın 25-də Yaponiya sanksiyalar paketini elan edəndə Kişida Rusiyadan işğalı dayandırmasını və geri çəkilməsini tələb edib. “Bu hücum beynəlxalq nizamın bünövrəsini sarsıdır” - deyə, o bildirib.

Sonuncu dəfə Yaponiyadan Rusiyaya qarşı sanksiya tətbiq etmə çağırışı 2014-cü ildə, Rusiya Ukraynanın cənubundakı Krımı ilhaq edəndə olmuşdu. O zaman Tokionun cavabı birmənalı olmamışdı. Ozamankı baş nazir Şinzo Abe Putini Yaponiyanın şimalındakı Hokkaydo sahillərində Sovet İttifaqının İkinci Dünya Müharibəsinin sonunda iddia etdiyi dörd adanı geri qaytarmağa razı salmaq istəmişdi. Müharibədən sonra iki ölkə heç vaxt sülh müqaviləsi imzalamayıb.

XS
SM
MD
LG