Accessibility links

Rusiya Yaponiyaya: Gəl II Dünya Müharibəsini bitirək


Rusiya Yaponiyaya: Gəl II Dünya Müharibəsini bitirək
please wait

No media source currently available

0:00 0:03:06 0:00

Saxalin adasını ziyarət etmək insana bir imperiyanın taleyinin necə sürətlə dəyişə bildiyini xatırladır.

Yaponiya İmperatorluğundan tutmuş Çar Rusiyası, daha sonra Sovet hakimiyyətinə qədər baş verən müharibələr və dəyişən sərhədlər Saxalinin tarixini və burada yaşayan ailələrin talelərini formalaşdırıb.

"Mən burada doğulub, böyümüşəm. 7 yaşımdan sonra isə yapon ailəsində yaşamışam." - deyə, Masayeosi Sirokata bildirib.

Sirokatanın valideynləri Sovet İttifaqı İkinci Dünya Müharibəsi zamanı adanın tam nəzarətini ələ keçirdikdən sonra Saxalində yaşamağa davam edib. Beləcə gənc Masayeosi himayəyə götürülür, rus dilini öyrənir və daha sonra ölkəsini Yaponiyadan müdafiə etmək üçün Sovet ordusuna qoşulur.

"Hücuma qarşı təlimlər zamanı onlar "Yaponlar üzərimizə gəlir" qışqırırdılar. Necə yəni üstümüzə gəlir? Onsuz da yanımızdadırlar da. Hamımız bu ifadə ilə zarafatlaşırdıq" - deyə, Masayeosi Sirokata əlavə edib.

Hazırda yerli əhali Saxalin adasının Asiya isə iqtisadi əlaqələrinin güclənməsini istəyir. Kremlin bu adaya güclü sərmayə qoyduğu bir vaxtda, Saxalin özünün nefti, qazı, balıqçılıq və turizm sənayelərinə görə adaya kənar investisiyalar və ziyarətçilər cəlb etməyi bacarır.

"Biz Sovet İttifaqının bir parçası idik. Biz şəhərləri və fabrikləri təkmilləşdirməyə çalışırdıq. İnsanlar yaşamaq və işləmək üçün bura gəlirdi. Mən uşaq olanda Yaponiya ilə əlaqələrimizin olub-olmaması məni maraqlandırmırdı." - deyə, Saxalin Dövlət Universitetinin professoru Sergey Prokopenko bildirib.

Lakin Saxalinin hələ də aktiv olan Koreya cəmiyyəti heç nəyi unutmur.

"Ailəm tarix boyu çox faciələr yaşayıb və biz tək deyilik. Buradakı hər ailə eyni faciəvi keçmişi bölüşür" - deyə, Saxalin Koreya Mərkəzinin nümayəndəsi Oksana Pak Sun qeyd edib.

Dəmir Pərdənin enişi ilə koreyalıların Yaponiya tərəfindən Saxalinə ucuz işçi qüvvəsi kimi gətirilməsi Koreya diasporasını öz vətənlərindən uzaq saldı.

Hətta bu gün belə ailələrin birləşməsi məsələsi və Yaponiyanın yerinə yetirmədiyi təzminatlar problemi çoxları üçün əzablı olmağa davam edir.

"Saxalin mənim evimdir, amma mənim köklərim Koreyaya gedir. Əgər biz köklərimizi unutsaq, kim olduğumuzu unudarıq" - deyə, Oksana Pak Sun əlavə edib.

Köklər üzərindəki müxtəliflik 70 ildən çoxdur ki, formal olaraq Kuril adaları üzərində davam edən Rusiya və Yaponiya müharibəsinin ən vacib məsələsidir.

Rusiya prezidenti Vladimir Putin Yaponiyanın ba naziri Şinzo Abeyə bu ilin sonuna qədər ikitərəfli razılaşma hazırlanmasını təklif edib.

Yerli əhalinin sözlərinə görə, belə bir razılaşmanın gerçəkləşməsi yaponların nə dərəcədə bükülmək istəməsindən asılıdır.

"Rusiya əliaçıq ölkədir və keçmiş borcları silməyə hazırdır. Ancaq öz ərazisini vermək? Heç kəs bunu unutmaz" - deyə, Saxalin Regional Muzeyinin bələdçisi Kiril qeyd edib.

Krımın ilhaqı ilə bağlı ərazi mübahisələrinin yarandığı bir vaxtda Rusiya və Yaponiya arasında uzun müddətdir davam edən bu proses maraqlı bir dərs ola bilər.

O dərs ki, bəzi münaqişələrin həlli üfüqdə belə görünmür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG