Accessibility links

Rusiya hipersəsli raket sınağının uğurla keçirildiyini bildirir


Dünyanın güclü dövlətləri qabaqcıl silahlar yaratmaq üçün yarışarkən Rusiya bazar ertəsi Zirkon hipersəsli raketinin növbəti sınağını uğurla həyata keçirdiyini xəbər vərib. İndiyə kimi Rusiyadan başqa ABŞ, Fransa və Çin ən azı Max 5 sürətinə malik hipersəsli raketləri sınaqdan keçirib.

"Rusiya raketin sınaqları çərçivəsində "Admiral Qorşkov" hərbi gəmisindən atılan Zirkon raketi ilə 400 km aralıda, Barents dənizindəki hədəfi vurub" - deyə, Müdafiə Nazirliyindən bildirilib.

"Hədəf vuruldu" deyən nazirlik testin uğurlu olduğunu xəbər verib.

Raket son vaxtlar bir neçə ayrı sınaqlardan keçib və üstəlik Rusiya həm hərbi gəmiləri, həm də sualtı qayıqları “Zirkon” raketləri ilə təchiz etməyi planlaşdırır.

Putinyeni silahın hazırlandığını 2019-cu ilin fevralında xalqa müraciətində açıqlamışdı. Onun dənizdə və quruda 1000 kilometrlik məsafədəki hədəfləri Max 9 sürəti ilə vura biləcəyini bildirmişdi.

Rusiyadan əvvəl iyul ayında Çin də Cənubi Çin dənizində hipersəsli raktini sınaqdan keçirmişdi. Bununla ortamənzilli raketlərin sınağı kulminasiya nöqtəsində çatmışdı.

Hazırkı sınağa qədər heç bir dünya gücü ortamənzilli hipersəsli raket sınağı keçirməmişdi.

Çin isə xəbərləri təkzib edərək, bunun təkrar istifadə oluna bilən kosmik gəminin adi bir sınağı olduğunu bildirmişdi.

Rusiya “Sarmat” qitələrarası raketləri və “Burevestnik” qanadlı raketləri də daxil olmaqla, mövcud müdafiə sistemlərindən yan keçə biləcək bir sıra silahlar hazırlaması ilə öyünür.

Qərb ekspertləri 2019-cu ildə Rusiyanın şimalındakı sınaq meydançasında yerli radiasiya səviyyəsinin kəskin artmasına səbəb olan ölümcül partlayışı nüvə enerjisi ilə işləyən “Burevestnik” kruiz raketi ilə əlaqələndirib.

XS
SM
MD
LG