Accessibility links

Rusiyanın Ermənistandakı hərbi bazasının komandirinin bəyanatına ekspertlərin münasibəti


Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri Andrey Ruzinski
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri Andrey Ruzinski

Andrey Ruzinski deyib ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ üzərində yurisdiksiyanı güc yolu ilə bərpa etməyi qərara alarsa, hərbi baza silahlı münaqişəyə başlaya bilər

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri Andrey Ruzinskinin bəyanatı Ermənistanın ictimai rəyinə hesablanıb. Çünki Ermənistanda Rusiyanın mövqeləri pisləşib və ermənilər bu vəziyyətdən çox narazıdır. Bu barədə Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş Dövlət müşaviri Vəfa Quluzadə Amerikanın Səsinə bildirib.

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri Andrey Ruzinski oktyabrın 10-da “Krasnaya Zvezda” qəzetinə müsahibəsində deyib ki Rusiyanın hərbi bazanın cavabdehlik zonasında hərbi-siyasi vəziyyət həyəcanlı olaraq qalır və Ermənistan-Azərbaycan münaqişəsi regionunda qarşıdurmanın gərginləşməsi ehtimalı ilə bağlı sabitliyi pozan bir sıra amillərin mövcudluğu ilə səciyyələnir.

“Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ üzərində yurisdiksiyanı güc yolu ilə bərpa etməyi qərara alarsa, hərbi baza KTMT çərçivəsində Rusiya Federasiyasının müqavilə öhdəliklərinə uyğun olaraq, silahlı münaqişəyə başlaya bilər”, o qeyd edib.

V.Quluzadənin fikrincə, Ermənistan ölkənin iqtisadi və sosial vəziyyətinin pisləşməkdə davam etməsinə müharibənin səbəb olduğunu çox yaxşı bilir.

“Onlar bilirlər ki, ölkəni ağır duruma salan Rusiyadır. Bu səbəbdən də Dağlıq Qarabağ probleminin tezliklə həllini istəyirlər. Rusiya isə əks mövqedən çıxış etməklə xəbərdar edir ki, biz olmasaq Azərbaycan Ermənistanı darmadağın edər. Bu bəyanatla ictimai rəydə öz mövqeyini möhkəmləndirməyə çalışır”, keçmiş dövlət müşaviri bildirib.

Onun fikrincə, Rusiya komandanının bəyanatı Azərbaycan qarşı təhdid deyil və Azərbaycan hökumətinin Rusiyaya etiraz bildirməməsini düzgün sayır. “Ermənistan da, Azərbaycan da yaxşı başa düşür ki, Dağlıq qarabağ probleminin həllinə imkan verməyən Rusiyadır”, o qeyd edib.

Şərq - Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Andrey Ruzinskinin bəyanatını “məsuliyyətsiz” açıqlama kimi qiymətləndirib.

“Çünki Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlara başlasa belə Ermənistana hər hansı təhdidi yoxdur. Burada söhbət Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindəki işğalın aradan qaldırılmasından söhbət gedir. Rusiyanın isə bu münaqişəyə qoşulacağı ilə bağlı bəyanatı isə tam məntiqsizdir”, o qeyd edib.

Oruclunun fikrincə, Rusiyanın bəyanatı bir daha işğalın arxasında onun durduğunun sübutudur. “Andrey Ruzinskinin bəyanatı Rusiyanın gələcəkdə də işğalın arxasında dayanacağına hesablanıb. Azərbaycan hökuməti bu bəyanata sərt reaksiya verməlidir”, o bildirib.

Maraqlıdır ki, polkovnik Ruzinskinin bəyanatı indiyədək Rusiya hərbi idarəsi tərəfindən rədd edilməyib. Bununla yanaşı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri Nikolay Bordyuja dəfələrlə deyib ki, Dağlıq Qarabağ KTMT-nin cavabdehlik zonası deyil, belə ki, de-yure bu, Azərbaycanın ərazisidir.

Azərbaycanın rəsmi orqanları da indiyədək Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri Andrey Ruzinskinin bəyanatına münasibət bildirməyib.
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası 13 yarımçıq və 17 hərtərəfli təmin edilmiş hərbi hissədən ibarətdir. Hərbi hissələrin tərkibinə “S-300V” ZRK, BUK-M1-2 ZRK divizionu, “Smerç” reaktiv batareyası və MiQ-29 təyyarələri eskadrilyası olan aviasiya bazası daxildir. Hərbi hissələrdə təxminə 3 min hərbiçi xidmət edir.

Ruzinskinin bəyanatına əsasən, Erebuni aerodromunda aviabazanı gücləndirmək – MiQ-29 qırıcılarının yanına döyüş və hərbi-nəqliyyat vertolyotları yerləşdirmək planlaşdırılır. “Zəruri ikitərəfli sənədlər paketi artıq imzalanıb”, deyə polkovnik bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG