Accessibility links

Rusiyada şəxsi informasiyanın sızdırılmasını önləmək üçün qanun layihəsi hazırlanıb


Rusiyada dövlət agentliklərindən şəxsi informasiyanın sızdırılmasını önləməkdən ötrü qanun layihəsi hazırlanıb. Bu addımdan öncə rusiyalıların xaricdə gizli kəşfiyyat əməliyyatlarında iddia olunan iştirakının detalları yayılıb.

Kommunikasiyalar nazirliyində hazırlanmış qanun layihəsi səlahiyyəti olmayan şəxslərin rəsmi mənbələrdən əldə etdiyi şəxsi informasiyanı yaratması və dərcini yasaqlayır.

Noyabrın 22-də axşam dərc olunmuş layihədə qaydaları pozanlar üçün cərimələr nəzərdə tutulub. Sənəddə onun Prezident Vladimir Putinin göstərişi əsasında hazırlandığı bildirilir, son zamanlar sızdırılmış məlumatlara toxunulmur.

Layihədə dövlət agentliklərindən tələb olunur ki, şəxsi informasiyaların Federal Təhlükəsizlik Xidməti ilə məşvərət olunması üçün sistemlər yaratsınlar. Bu qurum Rusiyanın əsas kəşfiyyat agentliyidir.

İki qanun layihəsindən və hökumətin qətnamə layihəsindən ibarət qanunvericilik 30 gün ərzində ictimaiyyətin müzakirəsinə çıxarılandan sonra parlamentə və hökumətə təqdim olunacaq.

Britaniya iki rusiyalı kəşfiyyatçını Solsberi şəhərində keçmiş casus Sergey Skripal və qızını zəhərləməkdə ittiham edib. Rusiya bu iddiaları rədd edib.

Şəxsi informasiyanın yayılması onsuz da mövcud qanunvericiliklə qadağandır. Amma Rusiyada xeyli sayda qanunsuz, dövlət mənbələrindən oğurlanmış konfidensial məlumatlarla dolu databazalar mövcuddur və İnternetdə onlara giriş mümkündür.

Həmin məlumatlarda pasport ayrıntılarını, ünvanları, maşınların qeydiyyat nömrəsini, hətta vergi bəyannamələrini tapmaq mümkündür.

XS
SM
MD
LG