Rusiyada 1 May aksiyaları zamanı polislərin müxtəlif şəhərlərdə insanları saxladığı haqda məlumatlar verilib. OVD-İnfonun məlumatına görə, onlardan bir çoxu aksiyadan əvvəl saxlanılıb. Ümumilikdə, mayın 1-də Moskva vaxtı ilə saat 15.30-a qədər aksiyalarla əlaqədar olaraq ən azı 124 nəfərin saxlanıldığı bildirilir. Sankt-Peterburqda ən çox sayda - 68 nəfər ən çox saxlanılıb.
Mayın 1-də Sankt-Peterburqda hakimiyyət orqanları ilə razılaşdırılmış "Azad Peterburq - azad seçkilər!" yürüşü keçirilib. Ancaq bir anda polis yürüş və səsləndirilən şüarların uyğun gəlmədiyini hesab edib və insanları saxlamağa başlayıb. Onlar xüsusilə, "Putin əbədi deyil" plakatı saxlayan üç nəfər və üzərində "Beglovu (Sankt-Peterburqun qubernatoru) Sobçakın yanına" şüarı yazılan plakatı daşıyan dörd etirazçını tutublar.
Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov müxalifətin 1 May günündən "provokasiyalar" üçün istifadə etdiyini və polisin "qanunla" hərəkət etdiyini bildirib:
"Müxalifətin mayın biri nümayişində hərəkətləri onun siyasi uğursuzluğunu tanımasıdır. Çox vaxt insanları ayırmaq deyil, bir araya gətirmək məqsədli milli bayramlardan provokasiyalar üçün istifadə edilir," o deyib. "Qeyd edim ki, polis tam qanuna əsasən hərəkət edib. Əminəm ki, peterburqlular artıq onların maraqlarını qoruyan şəxsələrin kim olduqları barədə nəticə çıxarıblar" - deyə, o əlavə edib.
Ümumilikdə, bir neçə ictimai hərəkatların təxminən 66 iştirakçısı, habelə Qanunvericilik Məclisinin deputatı Maksim Reznik saxlanılıb. Daha sonra o sərbəst buraxılıb və polis məmurları ondan üzr istəyib.
Sampsoniyevski bələdiyyə dairəsinə namizəd Natalya Barinova da həbs olunub. Həbs zamanı polis onu asfalt üzərinə atıb və o, 75 saylı polis şöbəsindən təcili yardımla xəstəxanaya aparılıb. Şahidlər ona çiyin sümüyünün sınığı diaqnozu qoyulduğunu bildiriblər.
Aksiyanı çəkən jurnalist Qeorqi Markov da xəsarət alıb. O, polis tərəfindən döyüldüyünü və saxlanıldığını bildirib.
"Açıq Rusiya" bildirir ki, hərəkatın sədri Andrey Pivovarov, Sankt-Peterburqdakı koordinator Sergey Kuzin və fəal Vasili Kunin də saxlanılıb.
Polis və Rosqvardiyanın əməkdaşları həmçinin Nevski Prospektində saxlanan fəalların azad edilməsi tələbilə bir saat nümayiş edən demokratlar və Yabloko partiyasından olan etirazçıları oradan qovublar.