Accessibility links

Rusiyada 24 saat ərzində koronavirusa mindən çox yoluxma halı qeydə alınıb


Rusiyada son 24 saat ərzində koronavirus infeksiyasına yoluxanların sayında rekord 1115 yeni artım qeydə alınıb. Operativ qərargahdan verilən məlumata görə, yoluxma faktları ölkənin 43 bölgəsində qeydə alınıb, sutka ərzində 11 nəfər ölüb, 88 xəstə sağalıb.

Təsdiqlənmiş ikitərəfli pnevmoniya və koronavirus testləri müsbət çıxan iki nəfər Moskvada həyatını itirib. Onlar 67 və 72 yaşlarında olub. Operativ qərargahdan bildirilib ki, xəstələrin xroniki bronxit, şəkərli diabet, yüksək təzyiq, kardioskleroz kimi xəstəlikləri olub.

Ötən gün ərzində Moskvada koronavirus aşkarlanmış daha 16 xəstə sağalıb. Bu barədə Moskva merinin sosial inkişaf üzrə müavini Anastasiya Rakova məlumat verib.

Operativ Qərargah, ümumilikdə Rusiyada ölkənin 81 bölgəsində 7 497 koronavirus hadisəsinin qeydə alındığını bildirib. Bü günə qədər müşahidə olunan ölümlərin sayı 58-dir. 494 nəfər isə sağalıb.

Rospotrebnadzorun mətbuat xidməti tərəfindən əvvəllər bildirildiyi kimi, Rusiyada koronavirus infeksiyasının müəyyənləşdirilməsi məqsədilə 800 min test həyata keçirilib. Şöbə əlavə edib ki, Rusiyada koronavirus infeksiyası ilə əlaqədar tibbi nəzarət altında 185 min nəfər qalır.

Bu günlərdə məlum olub ki, Rospotrebnadzorun Molekulyar Diaqnostika Mərkəzi Moskva və Moskva ətrafında bölgələrdə koronavirusun ev şəraitində ödənişli testlərinə başlayır. Rospotrebnadzorun Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin laboratoriya müdiri Elena Tivanova sözügedən xidmətin tibb işçilərinin çağırılması xərclərini çıxmaq şərtilə 1250 rubl dəyərində olacağını deyib. Hökumət isə öz növbəsində, koronavirus üçün analizi icbari tibbi sığortaya daxil etməyi vəd edir.

XS
SM
MD
LG