Rusiya məhkəməsi 6 Krım tatarına 19 ilədək azadlıqdan məhrumiyyət hökmü çıxarıb. Beləliklə “terror təşkilatı” ilə bağlı üçillik proses başa çatmış olur. İnsan haqları müdafiəçiləri hökmləri kəskin tənqid edib.
Onlar Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasının vətəndaşıdır. Rusiya onların hökuməti devirməyə cəhd edən və fəaliyyəti qadağan edilən islamçı Hizbut-Təhrir qrupunun üzvü olduğunu bildirib.
Ötən əsrdə Krım tatarları Stalin rejiminin ağır repressiyalarına və kütləvi deportasiyaya məruz qalıb.
Rostov şəhərinin hərbi tribunalı Müslüm Əliyev, Ənvər Bəkirov, Vadim Siruk, Rəfat Alimov, Arsen Cabbarov və Əmir Useyn Kukunu 7 illə 19 il arasında azadlıqdan məhrum edib.
Müttəhimlərin heç biri ittihamları qəbul etməyib. İnsan haqları müdafiəçiləri həbslərin siyasi motivli olduğunu iddia edir.
Əsasən etnik müsəlmanlardan ibarət olan tatarlar Krım yarımadası əhalisinin 10-da 1-ni təşkil edir. Onlar 1940-cı illərdə Stalin rejiminin ağır repressiyalarına və kütləvi deportasiyaya məruz qalıb.
Kukunu vicdan məhbusu kimi tanıyan Amnesty International bildirib ki, onun 12 il müddətinə azadlıqdan məhrum edilməsi “misilsiz bir qəddarlıq”dır.
Prosesdə iştirak edən vəkillər hökmlərin ekspertlərin onların islam təbliğatı apardığı və Huzbut-Təhrir sıralarına insanları cəlb etdiklərinə dair qeyri-səlis sübutlarına əsaslandığını deyir.
Məhkəmə zamanı müttəhimlər etnik və dini təqiblərə məruz qaldıqlarıı deyib.
Rusiya dinc yolla islam xilafəti yaratmağa çalışan Huzbut-Təhrirə qarşı Krımin ilhaqından sora daha ciddi mövqe tutub.
Təşkilat Ukraynada qadağan edilməyib və Krımın ilhaqından əvvəl fəaliyyətdə olub.
Rusiyanın insan haqlarının müdafiəsi təşkilatı Memorial indiyədək bu qrupla əlaqədar 300 nəfərin ya həbsə məhkum edildiyini və ya nəzarət altında olduğunu bildirir.