Accessibility links

Rusiyada 80 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb


Rusiyada koronavirusa yoluxma hallarının sayı 80 949-a çatıb. Bu haqda Rusiyada koronavirusa qarşı mübarizə üzrə Operativ Qərargahın məlumatında bildirilir. Bir gün ərzində 6361 nəfərdə virusun aşkar edildiyi haqda məlumat verilib.

Yoluxanların təxminən yarısında – 45,9 faizində koronavirus infeksiyasının heç bir simptomu özünü göstərməyib. Gün ərzində ən çox yoluxma halı Moskvada qeyd edilib. Bir gün ərzində Rusiya paytaxtında 2971 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Moskvada virusa yoluxanların sayının 42 480 nəfər olduğu bildirilir.

ABŞ-ın Con Hopkins Universitetinin verdiyi məlumatlara əsasən, dünyada koronavirusa yoluxma hallarına görə onuncu yerdə olan Rusiya yaxın zamanda yoluxmaların sayına görə Çini ötüb keçəcək.

Cons Hopkins Universitetinin hər gün açıqladığı rəqəmlər dünyada ən təfərrüatlı göstəricilər hesab edilir. Lakin bu göstəricilər hökumət orqanları tərəfindən verilmiş məlumatlara əsaslanır.

XS
SM
MD
LG