Accessibility links

Rusiyada amerikalı sahibkar 37.5 milyon dollar pul mənimsəməkdə şübhəli bilinir


Kreml tərəfdarı və beynəlxalq ticarət qruplarına istinadən Rusiyada tanınmış amerikalı sahibkarın həbsi Moskvanın investor əlaqələri ilə rəftarı barədə narahatlıqlar yaradır.

Baring Vostok şirkətinin təsisçisi Maykl Kalvinin fevralın 15-də həbs edilməsi onun Rusiyanın Orient Express bankı ilə uzun zaman davam edən məhkəmə prosesindən meydana çıxan fırıldaqçılıqla əlaqəlidir.

Moskvanın rayon məhkəməsinin sözçüsü bildirib ki, Kalvi və şirkətin üzvləri 37.5 milyon dollar pul mənimsəməkdə şübhəli bilinir.

Kalveyin vəkili onun bu ittihamlardan təmiz çıxacağına inanır.

“Maykl Kalvi müqəssir olmadığından tam əmindir və o inanır ki, bütün faktlar işıqlandırıldıqda, məhkəmə prosesi bağlanacaq. Bu qədər” - deyə, vəkil Dmitri Savoçkin bildirib.

Təqsirli bilinərsə, Kalvi 10 ilədək həbsə məhkum edilə bilər.

Kalveylə bir neçə dəfə görüşən Rusiya prezidenti Vladimir Putin Kalveyin həbsi barədə əvvəlcədən xəbəri olmadığını deyib və əlavə edib ki, onun Rusiya məhkəməsinin hökmlərinə birbaşa təsiri yoxdur.

XS
SM
MD
LG