Accessibility links

Rusiyada arıtq beşinci gündür COVID-19-dan rekord ölüm halları qeydə alınır


Rusiya oktyabrın 23-də son sutkada COVID-19-dan 1075 ölüm halının qeydə alındığını bildirir. Bu artıq ardıcıl olaraq beş gündür ki, rekord ölüm halları qeydə alınır. Rəsmiləri ölkə boyu iş yerlərini bağlamağa, paytaxtda isə qapanma tədbirləri görməyə hazırlaşır.

Oktybarın 23-də ölkədə koronavirusa 37 678 yeni yoluxma qeydə alınıb.

COVID-19-a qarşı ilk vaksinlərdən biri inkişaf etdirməsinə baxmayaraq, Rusiyada əhalinin yalnız üçdə biri peyvənd olunub. Bu, Avropada ən aşağı səviyyədir.

Prezident Vladimir Putin bu həftə bütün rusları vaksin olmağa çağırıb və ölkə boyu iş yerlərin bağlanmasını təsdiq edib. Bu tədbirlər noyabr ayının ilk həftəsindən qüvvəyə minəcək.

Moskvanın bələdiyyə orqanları oktyabrın 28-dən etibarən qismən qapanma tətbiq edirlər. Belə ki, yalnız aptek və supermarket kimi zəruri mağazaların işləməsinə icazə veriləcək.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG