Accessibility links

Rusiyada ardıcıl olaraq 3-cü gündür təsdiqlənmiş yoluxmalar 10 mini keçir


Mayın 5-nə olan məlumatlara görə, Rusiyada son gündə 10102 yeni koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb, ümumi yoluxmaların sayı 155370-ə çatıb. Artıq bir-birinin ardınca 3-cü gündür ki, qeydə alınan yoluxmaların sayı 10 mindən çoxdur. Operativ qərargahın hesabatında təsdiqlənən xəstələrin demək olar ki, yarısında xəstəliyin klinik təzahürlərinin olmadığı bildirilib.

Bü günə qədər COVİD-19-dan ölənlərin sayı 1445 nəfərdir. Yalnız son gündə 95 nəfər dünyasını dəyişib. Son gündə daha 1770 nəfər sağalıb və bu sağalananların ümumi sayı 19865 nəfərdir.

Rospotrebnadzor xəbər verir ki, Rusiyada koronavirus infeksiyası üçün edilən testlərin sayı 4,4 milyonu keçib. Beləliklə, Rusiyada son bir gündə təxminən 153 min test edilib.

Yeni infeksiyalar ölkənin 83 bölgəsində qeydə alınıb. Ən yüksək göstərici Moskvaya aiddir – 5714. Paytaxtda virusa yoluxma hallarının sayı 80115-ə çatıb.

Moskvada koronavirus infeksiyasından daha 52 xəstə ölüb. Burada ölüm hallarının sayı 816-ya çatıb.

Mayın -5-i səhər saatlarına olan məlumata görə, dünyada 251 365 nəfər COVID-19 nəticəsində həyatını itirib. Təsdiqlənmiş yoluxmaların sayı 3.5 milyonu ötüb. Sağalanların sayı isə 1.6 milyondan çoxdur.

COVID-19 nəticəsində ən çox ölüm ABŞ-da qeydə alınıb - 68 922. İtaliyada bu göstəricilər 29079, Böyük Britaniyada 28734, İspaniyada 25428, Fransada isə 25168-dir.

XS
SM
MD
LG