Accessibility links

Rusiyada bir gündə üç qubernator istefa verib


Başqırdıstanın başçısı Rüstəm Həmidov, Kursk vilayətinin qubernatoru Mixaylov və Zabaykalyenin qubernatoru Natalya Jdanova eyni gündə istefa verib. Onların üçü də bunu öz istəkləri ilə etdiyini deyib.

İstefası barədə ilk olaraq Zabaykalyenin başçısı Natalya Jdanova bildirib. O, bölgəyə 2016-cı ilin fevralından başçılıq edib. Bildirdiyinə görə, onun istefası “son günlərdə ona qarşı yönəlmiş tənqid, ?hücumlarla və yayılmış mülahizələr və fərziyyələrlə əlaqəli deyil.” Qubernator səlahiyyətləri bölgənin baş naziri Aleksandr Kulakov tapşırılıb.

Az sonra Kursk vilayətinin qubernatoru istefa etdiyini açıqladı. O, bölgəyə 2000-ci ildən başçılıq edib və onun namizədliyi seçkilərə “vahid Rusiya” partiyasından irəli sürülmüşdü. Seçicilərin 66,81% ona səs vermişdi. İstefanın rəsmi məktubunda “Kurks vilayətinin inkişafı daha cavan başçının idarəçiliyi altında olmalıdır.” yazılıb.

İstefasından bir gün öncə Mixaylov hakimiyyətdən getməkdə olan qubernatora əlavə səlahiyyətlərin verilməsi barədə qərar imzalayıb. O üç il ərzində Kursk vilayətinin rəhbərliyinin qarajının xidmətlərindən istifadə etməyi, ildə iki dəfə Moskvaya regionun hesabına səfər etmək və ğldüyü zaman dəfn mərasiminin bölgənin büdcəsi hesabına təşkil olunması barədə qərar imzalayıb. Həmçinin, sabiq qubernatorun daimi yaşayış yerinin qarşısında üç il ərzində mühafizə postu olacaq.

Rusiyanın ən böyük milli respublikalardan birinin - Başqırdıstanın başçısı Rüstəm Həmidov da istefa verib. O, Başqırdıstana 2010-cu ildən başçılıq edir. Həmidov o zaman qubernator olan reqional siyasətçi Murtuza Rəhimovun yerinə təyin olunmuşdu. 2014-cü ildə respublikada seçkilər keçirildi və Həmidov seçicilərin 81,71%-inin səsini qazandı.

“Vəzifəmi bitirdikdən sonra mən yenə də görüşlər, əlaqələr və söhbətlər üçün açıq olacam. Mənim məsləhətim və fikrim lazım olduqda, böyük məmnuniyyətlə onlarla bölüşəcəm. Görüşlərə gəlməyimi istəsəniz, çağırın, dəvət edin, mütləq gələrəm”, deyə Həmidov prezidentə müraciətində yazıb.

Region başçılarının öz istəyi ilə istefalarının yeni dalğası sentyabrın 26-sı başlayıb. O zamandan bəri, Həştərxan, Qabardino-Balkan, Lipetsk və Saxalin vilayətlərinin və Primorsk diyarının başçıları istefa verib. Qubernatorların istefası sentyabr ayında regionlarda keçirilən seçkilərdə “Vahid Rusiya” partiyasının namizədlərinin uğursuzluğu səbəbilədir.

XS
SM
MD
LG