Accessibility links

Rusiyada COVID-19-a yoluxma halları davamlı olaraq artır


Rusiya rəsmiləri oktyabrın 17-də bildirib ki, bir gün öncə COVID-19-a 34 303 yeni yoluxma halı və 99 ölüm halı qeydə alınıb. Ölkədə koronavirus hallarında davamlı olaraq artım baş verir.

Lakin, artan hallara baxmayaraq, Kreml pandemiyanın başlanğıcında iqtisadiyyata zərər verən kimi, ölkə boyu qapanma tədbirlərinin olmayacağını bildirir. Bunun əvəzinə hökumət koronavirus məhdudiyyətləri tətbiq etmək səlahiyyətlərini regional hökumətlərə həvalə edib.

Rusiyada artan COVID-19 statistikaları ölkədə vaksinasiya səyləri dayandığı və bir çox insan vaksinlərə skeptik yanaşdığı bir vaxta təsadüf edir.

Rusiya rəsmiləri peyvəndlənməni lottereyalar, bonuslarla sürətləndirməyə çalışıblar, lakin müstəqil sorğu nəticələri rusiyalıların yarısından çoxunun peyvənd vurmağı planlaşdırmadığını göstərir.

Hökumət bu həftə bildirib ki, yalnız 43 milyon rus, yəni ölkə əhalisinin təxminən 29 faizi tam vaksin olunub.

XS
SM
MD
LG