Accessibility links

Rusiyada COVID-19-dan ölüm hallarında növbəti dəfə rekord göstərici qeydə alınıb 


Rusiyada COVID-19-dan gündəlik ölüm hallarında növbəti dəfə rekord göstərici qeydə alınıb. Antikoronavirus böhranı mərkəzi noyabrın 9-da bildirib ki, son 24 saat ərzində 1211 ölüm, 39610 yeni yoluxma halı qeydə alınıb.

Səhiyyə rəsmiləri mövcud yoluxma dalğası zamanı xəstələri müalicə etmək məqsədi ilə xəstəxana çarpayılarına olan tələbatı ödəmək üçün mübarizə apardığını bildirir.

Demək olarki hər gün yenilənən rekord yoluxma və ölüm halları səbəbindən xəstəxanalar dolub, ölkənin səhiyyə sistemini gərgin vəziyyətdədir.

Rusiya Səhiyyə Nazirliyi ilə tez-tez işləyən, yoluxucu xəstəliklər üzrə mütəxəssis Vladimir Çulanov noyabrın 9-da qeyd edib ki, COVID-19 xəstələrinin istifadəsi üçün təxminən 300000 çarpayı yerləşdirilib və pandemiya müddətində daha 30 min də əlavə edilə bilər.

O əlavə edib ki, hazırda 1 milyondan çox insan ambulator müalicə alır.

Ölkədə işçilərin COVID-19-a yoluxma səviyyəsini azaltmaq məqsədi ilə oktyabrın 30-dan noyabrın 7-dək ödənişli tətil tətbiq edilmişdi. Yaşlılara evdə qalma əmrləri verilib və müəssisələrdən işçilərinin 30 faizinin evdən işləməsi tələb olunur.

Baxmayaraq ki, Rusiyada bir neçə yerli istehsal peyvənd var, lakin əhalinin yalnız üçdə biri tam peyvənd olunub.

Ölkədə koronavirusa 8,87 milyondan çox yoluxma və 250000-dən bir qədər az ölüm halları qeydə alınıb.

Lakin tənqidçilər və bəzi səhiyyə mütəxəssisləri məmurları daha çox ölüm sayını ört-basdır etmək üçün rəqəmləri təhrif etməkdə günahlandırır. Bu da xəstəxanalardakı vəziyyəti daha da təhlükəli hala gətirir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Hindistan müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
please wait

No media source currently available

0:00 0:11:27 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG