Accessibility links

Rusiyada daha bir jurnalistə hücum edildi


Rusiyada daha bir jurnalistə hücum edildi
Rusiyada daha bir jurnalistə hücum edildi

Tanınmış rusiyalı jurnalist iki naməlum şəxs onun çənəsini, qıçlarını və barmaqlarını sındırdıqdan sonra komadadır. Kəllə sümüyü çatlamış Kommersant qəzetinin müxbiri Oleq Kaşin Moskvada yerləşən xəstəxanada süni komaya salınıb. Gündəlik liberal qəzetin redaktoru Mixail Mixalin Kaşinin yazdıqlarına görə döyüldüyün bildirib. Prezident Dmitri Medvedev ölkənin baş prokuroruna və daxili işlər nazirinə araşdırmaya rəhbərlik etmək barədə göstəriş verib. Rusiya jurnalistlər üçün ən təhlükəli ölkələrdən biridir. Rusiyada müxalif və liberal jurnalistlər tez-tez fiziki hücumlara məruz qalırlar. Lakin Kommersant qəzeti hökumət və ya ölkənin varlı elitasına qarşı kəskin tənqidi mövqeyi ilə tanınmır.

XS
SM
MD
LG