Accessibility links

Rusiyada daha bir qaz partlayışı baş verib


Rusiya
Rusiya

Rusiyanın Saratov bölgəsində yerləşən kafedə qaz qazanı partlayıb. Rusiyanın fövqəladə hallar idarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, nəticədə 30-dan çox insan xəsarət alıb.

“Bu insanlardan altısı ən yaxın xəstəxanaya çatdırılıb. Digərlərinə isə hadisə yerində tibbi müdaxilə edilir. Onlar arasında üç uşaq da var” – deyə TASS xəbər agentliyi fövqəladə hallar idarəsinin nümayəndələrinə istinadən bildirib.

Xilasedicilərhesabedirki, partlayışasəbəbtəhlikəsizlikavadanlıqlarının nasazlığı səbəb olub.

Son bir ay ərzində Rusiyada bir neçə qaz partlayışı baş verib. 2018-ci ilin 31 dekabrında Maqnitoqorsk şəhərindəki binanın 7 nömrəli bloku qaz partlayışı səbəbilə çöküb. Həmin hadisə zamanı 39 nəfər dağıntıların altında qalaraq həyatını itirib.

Bundan əvvəl 14 yanvar səhər saatlarında Şaxtı şəhərində yaşayış binasında partlayış baş verib. Nəticədə dördü kişi, biri qadın olmaqla beş nəfər ölüb. Parltayışa qaz sızmasının səbəb olduğu deyilir.

XS
SM
MD
LG