Accessibility links

Rusiyada etirazçılar və insan haqları müdafiəçiləri Navalnının həyatının təhlükədə olduğundan narahatdır


Rusiyada etirazçılar və insan haqları müdafiəçiləri Navalnının həyatının təhlükədə olduğundan narahatdır
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Birləşmiş Ştatlar Rusiya hökumətinə həbsdə olduğu müddətdə vəziyyəti pisləşdiyi bildirilən müxalifət lideri Aleksey Navalnı ilə baş verən hər şeyə görə məsuliyyət daşıdığına dair xəbərdarlıq edib.

Moskvada və Rusiyanın digər şəhərlərində etirazçılar müxalifət lideri Aleksey Navalnının və digər siyasi məhbusların azad edilməsi və Rusiya prezidenti Vladimir Putinin hakimiyyətinin sona çatmasına çağırıb.

Aclıq aksiyası keçirən və böyrək çatışmazlığı riski olduğu bildirilən Navalnı ilə həmrəylik mitinqləri Vaşinqton ştatında Sietll şəhəri də daxil olmaqla, dünyanın müxtəlif şəhərlərində keçirilib.

ABŞ-ın yüksək səviyyəli rəsmiləri Moskvanı Navalnının dərhal müstəqil tibbi xidmət almasına icazə verilməsinə çağırıb və bir neçə dəfə sərt xəbərdarlıq edib.

ABŞ- Dövlət Departamentinin sözçüsü Ned Prays: “Bir daha Rusiya hökumətinə cənab Navalnının həbsdə olduğu zaman başına gələnlərin onların məsuliyyəti olduğunu həm açıq, həm də özəl qaydada bildirdiyimizi təkrar edirəm. Buna görə də Rusiya Federasiyası cənab Navalnının həbsdə olduğu müddətdə baş verən hər şey üçün məsuliyyət daşıyacaq.”

Lakin Qlobal Maqnitski Aktının təsisçisi Bill Brauder Amerikanın Səsinə bildirib ki, ABŞ gözləməməlidir.

“Məni bu açıqlama ilə razı salmayan odur ki, ciddi nəticələr bu saniyədə olmalıdır”, Bill Brauder bildirib.

Brauder Navalnının sinir maddəsi ilə zəhərlənmə səbəbi ilə müalicə aldığı Almaniyadan yanvar ayında Rusiyaya qayıtmazdan əvvəl Magnitski Qanunu çərçivəsində Putinin biznes ortaqlarına qarşı sanksiyalara çağırdığını qeyd edib.

Qlobal Maqnitski Aktının təsisçisi Bill Brauder: “O demişdi ki, Rusiyaya qayıtdıqdan sonra başına bir şey gəlsə, Putinin 35 xəzinədarının, onun etibar etdiyi şəxslərin siyahısı var. Aleksey Navalnı demişdi: `Əgər mənə bir şey olsa, onlara Magnitski qanunlarına uyğun olaraq sanksiya tətbiq edin.”

Navalnını dəstəkləyən həkimlər çərşənbə axşamı günü Vladimirdə həbsxana xəstəxanasına gediblər, lakin onlar içəri buraxılmayıb və müxalifət lideri ilə görüşə icazə verilməyib. Kreml Navalnının ehtiyac duyduğu tibbi müalicəni aldığını bildirir. Lakin insan hüquqları müdafiəçiləri Rusiyanın öz qanunlarına uyğun olaraq müstəril tibbi xidmətə icazə verməli olduğunu deyir.

Amnesty International təşkilatının ABŞ-da nümayəndəsi Daniyel Balson: “Bu, Rusiyanın açıq şəkildə götürdüyü öhdəliklərə uyğun olaraq imzaladığı müqavilələr üzrə öhdəliklərindən başqa bir şey deyil. Rusiyanı bu öhdəlikləri yerinə yetirməyə çağırırıq.”

Rusiya prezidenti Vladimir Putin bu həftə illik müraciətində Qərbin Rusiyanın Ukrayna sərhədində hərbi qüvvə cəmləşdirməsi də daxil olmaqla, narahatlıqlarını rədd edərək, heç kəsin Rusiya ilə “qırmızı xətti” keçməyə cəsarət etməyəcəyinə ümid etdiyini bildirib.

İnsan hüquqları müdafiəçiləri Navalnının Putinlə prezident seçkilərində onu sınağa çəkərək, qırmızı xətti keçməyə cəsarət etdiyini və indi dünyanın gözü önündə yavaş-yavaş öldürüldüyünü deyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG