Accessibility links

Rusiyada etiraz aksiyalarında mindən çox insan saxlanılıb


Rusiyada etiraz aksiyalarında mindən çox insan saxlanılıb
please wait

No media source currently available

0:00 0:01:47 0:00

Rusiyanın 33 şəhərində hökumətin pensiya yaşını artırmaq planlarına qarşı keçirilən etiraz aksiyalarında azı 1018 etirazçı saxlanılıb.

Sentyabrın 9-da keçirilmiş etirazlarda polislə qarşıdurma yaranıb. Dünən ölkədə yerli seçkilər də keçirilib, seçici iştirakının 28 faiz olduğu bildirilib.
Etirazçıların saxlanmasını izləyən OVD-Info xəbər portalı Rusiyanın 33 şəhərində azı 1018 etirazçının saxlandığını xəbər verir. Rusiyanın ikinci böyük şəhəri olan Sankt Peterburqda 452 nümayişçinin saxlandığı qeyd olunur.
Rəy sorğularına görə, rusiyalıların 90 faizi pensiya yaşının qaldırılmasına etiraz edir. Levada Mərkəzinin bu yaxınlarda keçirdiyi sorğuda rusiyalıların 50 faizdən çoxu etirazlara çıxacağını bildirmişdi.
OVD-Info bildirir ki, Yekaterinburq şəhərində 183, Krasnodarda 60, Moskva və Omskda 43 nəfər saxlanıb.
Etirazlardan yayılmış videolarda polisin yürüşü dağıtmaqdan ötrü gücdən istifadə etdiyi, dəyənəyə əl atdığı, nümayişçiləri sürüdüyü görünür.
Moskvanın Puşkin meydanına 2 min nəfər yığılıb, onlar “Putinsiz Rusiya”, “Putin, sən pensiyaya nə vaxt çıxacaqsan?” şüarları səsləndiriblər.
Polis nümayişçilərə dağılışmağı əmr etsə də onlardan bəziləri Kremlə doğru hərəkət ediblər, ancaq qarşıları kəsilib, bəziləri kobudcasına saxlanıb.
Sankt Peterburda 1000-dək adam “Ar olsun” şüarı səsləndirib, Putinin istefasına çağıran plakatlar qaldırıblar.
Pensiya yaşının artırılması ilə bağlı plan iyun ayında təqdim edilib və parlamentin aşağı palasında ilk oxunuşda qəbul edilib. Lakin plana geniş etirazlar edilir. Vladimir Putinin populyarlıq reytinqi isə planın təqdim edilməsindən sonra aşağı düşüb.

XS
SM
MD
LG