Accessibility links

Rusiyada etiraz aksiyaları keçirilib


Rusiyada etiraz aksiyaları keçirilib
Rusiyada etiraz aksiyaları keçirilib

Rusiya polisi toplaşma azadlığına dəstək məqsədi ilə Moskva və Sankt Peterburqda keçirilən yürüş zaman onlarla hökumət əleyhdarı nümayişçi saxlanılıb.

Yüzə yaxın insan Moskvanın mərkəzi Triumfalnaya meydanında toplaşaraq Rusiya Konstitusiyasının 31-ci maddəsinin tətbiqinə çağırıb. Bu maddə toplaşma azadlığı təmin edilməsini nəzərdə tutur.

Nümayişçilər yaxınlıqdakı küçədə yürüşə başlamaq istəyəndə polis 40-a yaxın insanı saxlayıb. Günün əvvəlində isə polis bildirmişdi ki, nümayişçilər digər insanlara təhlükə yaradacaq hərəkətlər etməsə onlar saxlanılmayacaqlar.

Sankt Peterburqda isə polis müxalif tərəfdarlarının etiraz aksiyası zamanı 20 nəfəri nəzarət altına alıb.

XS
SM
MD
LG