Accessibility links

Rusiyada hökumətin pensiya islahatlarına etirazlar


Rusiyanın müxtəlif şəhərlərində hökumətin pensiya islahatlarına qarşı etirazlar keçirilməkdə davam edir.

İyulun 1-də Birobicanda da aksiya təşkil edilib. Etirazçılar pensiya yaşının tədricən qaldırılmasını nəzərdə tutan qanun layihəsinə qarşı çıxışlar ediblər.

Bundan başqa onlar yanacağın bahalaşmasından narazıdırlar.

Yüzlərlə insan Lenin meydanına çıxıb "sosial soyqırıma son qoyulmasını" tələb ediblər.

Aksiyaçılar "Ac pensiyaçı - dövlətin səviyyəsində rüsvayçılıqdır", "Pensiya islahatı - hakimiyyətin xalqın ürəyini nişan alıb açdığı atəşdir", "Dövlətə kömək et - pensiyaya çıxanacan öl!" kimi şüarlar qaldırıblar.

Kommunist Partiyasının yerli təşkilatının rəhbəri Vladimir Fişman mitinqdə deyib ki, pensiya islahatı qanunsuzdur, "çünki Konstitusiyada yazılıb ki, xalqın yaşayışını ağırlaşdıran qanunlar qəbul edilməməlidir".

Başqa bir ictimai fəal Vladimir Saxarovski həmkarlar ittifaqlarının tətil elan etməməsini "hakimiyyətlə əlbirlik" adlandırıb.

Bundan başqa o, hakim Vahid Rusiya Partiyasının pensiya islahatına dəstək üçün təşkil etdiyi aksiyaları "tamaşa" adlandırıb.

Müxalifət lideri Aleksey Navalnının tərəfdarları da Uzaq Şərqdə pensiya islahatına qarşı aksiya keçiriblər.

XS
SM
MD
LG