Accessibility links

Rusiyada hərbi müəssisədə partlayış, xəsarət alanlar var


Rusiyanın Dzerjinsk şəhərində partlayış. 1 iyun, 2019
Rusiyanın Dzerjinsk şəhərində partlayış. 1 iyun, 2019

Rusiyanın Dzerjinsk şəhərindəki hərbi müəssisədə baş verən partlayışda azı 38 nəfər xəsarət alıb.

Partlayış iyunun 1-də “Kristal” müəssisəsində baş verib.

Elmi-tədqiqat institutu orada partlayıcı maddələr üzərində işləyir.

Nijeqorod administrasiyası bundan əvvəl 2 nəfərin itkin düşdüyünü bildirirdi, amma sonradan bu məlumat təkzib olundu.

İnsidentin partlayıcı maddələr istehsal olunan sexdə baş verdiyi bildirilir.

Həmin vaxt orda 5 nəfər çalışırmış, amma məlumata görə, onlar vaxtında evakuasiya olunublar.

İnterfaks agentliyinin məlumatına görə, sex tamamilə dağılıb və orada fuqas aviabombaları hazırlanırmış.

Xilasedicilər ərazidə mərmi aşkar edilmədiyini deyirlər.

Şahidlərin dediklərinə görə, partlayış nəticəsində ətraf binaların pəncərələri sınıb.

Şəhərdə fövqəladə vəziyyət rejimi elan edilib.

İlkin versiyaya görə, partlayışa səbəb texniki təhlükəsizlik qaydalarının pozulması olub.

Faktla bağlı cinayət işi qaldırılıb.

- AzadlıqRadiosu

XS
SM
MD
LG