Accessibility links

Rusiyada hərbi parad keçirilib


Rusiya prezidenti Vladimir Putin Moskvada Qırmızı Meydanda keçirilən ənənəvi böyük hərbi parad zamanı Nasist Almaniyası üzərində qələbəni alqışlayıb. Parad koronavirus səbəbilə ilə bir ay ləngimə ilə keçirilib.

Parad adətən 9 mayda, Rusiyanın ən önəmli bayramı hesab edilən Qələbə günündə keçirilir. Lakin bu il pandemiya səbəbilə çərşənbə gününə təxirə salınıb.

“Qırmızı Ordu dünyanın müdafiəsinə qalxmasa dünyanın hansı vəziyyətdə olacağını təxmin etmək belə mümkün deyil,” Putin paradda çıxışı zamanı söyləyib.

Paradda 14 minə yaxın əsgər iştirak edib. Onlar arasında bir neçə keçmiş sovet respublikaları lə yanaşı Monqolıstan və Serbiyadan da əsgərlər olub.

Rusiya paytaxtında yerləşən meydandan 230-dan çox hərbi nəqliyyat vasitələri keçib. Onlar arasında İkinci Dünya Müharibəsi dövrünə aid məşhur T-34 tanklarından tutmuş Topol qitələrarası balistik raket atan avadanlıqlara kimi bir çox avadanlıq yer alıb. Bundan əlavə havada helikopterlər, bombardmançılar və döyüş təyyarələri uçub.

İkinci Dünya Müharibəsində təxminən 27 milyon Sovet İttifaqı vətəndaşı həlak olub. Onlar arasında həm döyüş meydanında ölənlər həm də mülki vətəndaşlar olub. Onların şücaəti və çəkdikləri əzablar Rusiyanın milli kimliyinin formalaşmasında böyük rol oynayıb.

“Bizim insanlar dəhşətli, ümumi bir pisliyin öhdəsindən gəldilər. Bu, müharibə ilə bağlı ən əsas, dürüst və açıq-aydın həqiqətdir. Biz bu həqiqəti qoruyub, müdafiə etməliyik, uşaqlarımıza, nəvələrimizə, nəticələrimizə ötürməliyik,” Putin deyib.

Putin və Rusiyanın digər rəsmiləri “tarixi yenidən yazmaq” cəhdi kimi qiymətləndirdikləri başqa ölkələrin Sovetlərin İkinci Dünya Müharibəsindəki rolunu kiçiltmələrinə görə tez-tez qıcıqlandıqlarını ifadə ediblər.

Bu vətənpərvərlik nümayişi Putin üçün öncəmli bir vaxta təsadüf edir. Belə ki, cümə axşamı onun əlavə iki müddət, yəni 2036-ilədək prezident olmasına imkan yaradacaq konstituiya düzəlişi üzərində referendum keçiriləcək.

Putin paradda çıxışı zamanı koronavirus pandemiyasından bəhs etməyib və bununla bir gün öncə Rusiyanın pandemiyanın ən təhlükəli mərhələsini geri qoyması ilə bağlı iddialarını dəstəkləyib. Amma buna baxmayaraq bu həftə Rusiyada 7 min yeni yoluxma halı qeydə alınıb və Rusiya yoxuma sayına görə dünya ölkələri arasında Birləşmiş Ştatlar və Braziliyadan sonra üçüncü yerdə gəlir.

XS
SM
MD
LG