Accessibility links

Rusiyada Hari Krişnanın hindu dilindən tərcüməsinə qadağa qərarı ləğv edilib


Rusiyada Hari Krişnanın hindu dilindən tərcüməsinə qadağa qərarı ləğv edilib
Rusiyada Hari Krişnanın hindu dilindən tərcüməsinə qadağa qərarı ləğv edilib

Rusiya məhkəməsi prokurorların Hari Krişnanın hindu dilindən tərcüməsinə qadağası barədə qərarını ləğv edib. Hindistanın Xarici İşlər Nazirliyi dünən məhkəmənin qərarını yüksək qiymətləndirərək, bunun “həssas məsələnin həssas həlli” olduğunu deyib. Mətnin tərcüməsinə qoyulan qadağa Rusiyadakı hindliləri, Hindistanı və dünyanın müxtəlif yerlərindəki hinduları qəzəbləndirmişdi. Mətnin məzmunu Bhaqavad Gitanın şerləri və Hari Krişna hərəkatı banisinin şərhlərindən ibarətdir.

Bu ilin iyun ayında Sibirin Tomsk şəhəri prokurorları mətni Adolf Hitlerin “Mein Kampf”-inə bənzədərək, bunun exstremist material olduğunu, Hari Krişnanın sözçüsü isə bu ittihamları rədd edərək, kitabın insanlar arasında sülhün bərqərarına çağırdığını deyib.

XS
SM
MD
LG