Accessibility links

Rusiyada insan haqları qrupları Moskvanın Suriyadakı zorakılıqlardakı rolunu pisləyir


Rusiyanın aparıcı insan haqları qrupu ölkənin Suriyadakı zorakılıqlardakı rolunu, o cümlədən mülki hədəflərin bombalanmasındakı iştirakını pisləyib.

Bu qınaq 198 səhifəlik hesabatda yer alıb. Bu hesabat münaqişə ilə bağlı məşhur Memorial insan haqları mərkəzi və bir neçə digər təşkilat daxil olmaqla Rusiya insan haqları qrupları tərəfindən hazırlanan ilk hesabatdır.

Hesabata Suriyadakı zorakılıqlardan sağ çıxan və hazırda Rusiya, Livan, İordaniya, Türkiyə, Almaniya və digər ölkələrdə yaşayan insanların, habelə şahidlərin müsahibələri daxildir.

“Diqqəti bu vətəndaşların acınacaqlı vəziyyətinə yönəltməklə biz belə bir nəticəyə gəldik ki, Suriyanın gələcəyi ilə bağlı məsuliyyəti münaqişənin bütün tərəflərinin, onlar arasında isə ən çox Rusiyanın öhdəsinə düşür,” hesabatda deyilir.

“Bizim müsahiblərimizin böyük əksəriyyəti Rusiyanı xilaskar olaraq deyil, hərbi və siyasi müdaxiləsi ölkələrinə başçılıq edən müharibə cinayətkarını gücləndirməyə yardım edən destruktiv xarici qüvvə olaraq görürlər,” hesabatda qeyd olunur.

“Bizim müsahibə aldığımız insanların bəziləri özlərinin və ya sevdikləri insanların Rusiyanın bombalarının qurbanı olduqlarını bildiriblər.”

Hesabat Rusiyanı Suriyada zorakılıq həyata keçirməkdə, o cümlədən mülki vətəndaşları bombalamaqda və kimyəvi silahlardan istifadə daxil olmaqla genişmiqyaslı vəhşiliklər həyata keçirməkdə ittiham olunan Suriya rejimini dəstəkləməkdə günahlandırır.

Hesabat Moskvanı Rusiya ordusunun Suriyada həyata keçirdiyi bombardmanlarla bağlı müstaqil araşdırma aparmağa və qurbanlara kompensasiya ödəməyə çağırır.

Hesabatın müəllifləri deyir ki, onları əsas məqsədi Rusiya oxuyucularına Suriyadakı insan haqları pozuntuları ilə bağlı məlumat təqdim etmək idi, çünki “bizdə elə bir hiss var ki, Rusiya cəmiyyəti ölkəmizin böyük rol oynadığı bu münaqişə ilə bağlı adekvat məlumata sahib deyil.”

Rusiya İranla birlikdə Suriya prezidenti Bəşər Əsədə on minlərlə insanın ölümü, milyonlarla insanın didərgin düşməsi ilə nəticələnən 10 illik münaqişəyə baxmayaraq hakimiyyətdə qalmağa yardım etməkdə böyük rol oyanııb.

Britaniyada qərargahlanan suriya İnsan Haqları Müşahidə Qrupu münaqişədə azı 388,652 nəfərin öldüyünü bildirib.

XS
SM
MD
LG