Rusiyanın Samara vilayətində “Sızran” rayon polis idarəsinin keçmiş rəisi Andrey Qosht və onun ailə üzvləri öldürülüb.
“RİA Novosti” agentliyinin bildirdiyinə görə, üç kişi və üç qadının cəsədi Sızran rayonunun İvaşovka kəndində aşkar edilib. Öldürülən 6 nəfərin üzərində müxtəlif və çoxlu zərbələr aşkar edilib, sag tapılan 7 yaşlı qız ağır formada xəstəxanaya çatdırılıb, o başından yaralıdır.
Hazırda hadisə yerində təhqiqat qrupu araşdırma aparır.
Andrey Qosht “Sızran” rayon polis idarəsinə 2013-2015-ci illərdə rəhbərlik edib.