Accessibility links

Rusiyada koronavirusa rekord yoluxma qeydə alınıb


Rusiyada oktyabrın 30-da son bir sutkada COVID-19-a 40 251 yeni yoluxma halı qeydə alınıb. Bu, pandemiya başlayandan bəri ən yüksək göstəricidir.

Hökumətin koronavirusla mübarizə işçi qrupu virusla əlaqədar 1 160 ölüm halının olduğunu bildirib ki, bu, bir gün öncə qeydə alınan rekord 1 163-dən aşağıdır.

Rusiyada gələn ayın əvvəlində ölkə boyu iş yerləri qapanacaq. Moskva isə oktyabrın 28-dən etibarən qismən qapanıb və orada yalnız apteklər və supermarketlər kimi zəruri mağazalar açıq qalacaq.

Rəmsilər Rusiya və Şərqi Avropanın digər hissələrində koronavirus infeksiyalarında artıma vaksinasiya sürətinin ləng olmasının səbəb olduğunu bildirib.

Qonşu Belarusda səhiyyə rəsmiləri oktyabrın 30-da koronavirusdan günlük ölüm hallarının pandmeiya başlayandan bəri ən yüksək həddə, 4 614-ə çatdığını bildirib.

Çində səhiyyə rəsmiləri şimal-qərb Qansu vilayətinin paytaxtı və 3.7 milyon əhalisi olan Lanju şəhərində və hər kəsi artıq beşinci dəfədir test edirlər, çünki orada oktyabrın 29-da beş yeni daxili yoluxma halı ortaya çıxıb. Bu barədə Xinhua xəbər agentliyi məlumat verib.

Hökumət bu həftənin əvvəlində Lanjuda sərt komendant saatı tətbiq edib.

Çinin milli səhiyyət komissiyası ölkədə hər gün təxminən 50 yeni koronavirusa yoluxma halının qeydə alındığını bildirir. Bu, təxminən 1.4 milyard əhalisi olan ölkədə nisbətən aşağı göstəricidir.

Lakin mərkəzi hökumər komendant saatları, kütləvi testlər, infeksiyaların izlənməsi, karantin və ölkəyə girişə tətbiq olunan sərt məhduiyyətlər, habelə peyvəndlənmə kampaniyası vasitəsilə “sıfır-COVID-19 strategiyası yürüdür.”

Bİrləşmiş Ştatlarda Ərzaq və Dərman Administrasiyası (FDA) oktyabrın 29-a Pfizer/BioNTech-in koronavirus vaksinin 5-11 yaşında uşaqlara tətbiqinə icazə verib. Bu, ölkədə balaca uşaqlara tətbiq olunan ilk COVID-19 peyvəndidir.

FDA-in bu qərarı ilə vaksin 28 milyon amerikalı uşağa əlçatan olacağı gözlənilir. Onların çoxu artıq əyani dərslərə başlayıblar.

Lakin vaksin dərhal tətbiq olunmayacaq. ABŞ-ın Xəsətliklərə Nəzarət və Profilaktika Mərkəzi vaksinin necə vurulacağı ilə bağlı tövsiyyələrini irəli sürməlidir. Bununla bağlı qərar bir qrup xarici məsləhətçinin növbəti həftə müzakidə aparmasından sonra veriləcək.

İndiyədək yalnız bir neçə ölkə, o cümlədən Çin, Kuba və Birləşmiş Ərəb Əmirlikləri bu yaşda uşaqlara COVID-19 peyvəndinin tətbiqinə icazə verib.

Birləşmiş Ştatlarda 12-17 yaşları arasında uşaqlara may ayından bəri koronavirus vaksini vurulur.

ABŞ-da əhalinin təxminən 58 faizi tak vaksin olunub. Bununla da ABŞ Britaniya və Fransa kimi ölkələrdən geridə qalır.

XS
SM
MD
LG