Accessibility links

Rusiyada koronavirusla əlaqəli ölümlərdə rekord göstəricilər davam edir


Rusiyada ardıcıl olaraq bir neçə gündür koronavirusla əlaqədar ölümlərdə rekord göstəricilər qeydə alınır. Virusun Delta versiyası ölkədə sürətlə artmaqdadır.

Moskvadakı rəmsilər 6 iyulda yoluxmaların sürətlə artması fonunda gündəlik ölüm sayının 737-ə yüksəldiyini xəbər verir. Koronavirusla mübarizə qrupu gündəlik yeni yoluxmaların 23378-ə çatdığını bildirir.

Gündəlik təsdiqlənmiş yoluxmaların sayı son bir ayda iki dəfədən çox artıb. İyun ayının əvvəllərinə yoluxmalar 9000-dən bir həftə ərzində 23000-ə yüksəlib. Artan yoluxma dalğasına baxmayaraq, hökümətin məhdudiyyətlər tətbiq etmək planı yoxdur.

Bu arada Rumıniyada koronavirus vaksininə olan tələbat azalmaqdadır. Bu səbəbdən də rəsmilər 117 peyvəndlənmə mərkəzini bağlamağa, 371 mərkəzin isə iş saatlarını azaltmağa məcbur olub. Bu barədə məlumatı səhiyyə rəsmiləri 6 iyul tarixində verib.

May ayında ölkədə peyvəndlənmə sayı zirvə həddinə idi. Həmin dövrdə gündəlik 120 min insan peyvənd olunurdusa, son bir həftədə bu göstərici 20 mindir.

Virusa yoluxmaların sayı da rekord həddə azalıb. Lakin milli peyvənd komitəsinin rəhbəri Valeriu Gheorghita virusun Delta versiyasının yoluxmalarda artıma mümkün təsiri barədə xəbərdarlıq edib.

Rumıniyada 19 milyon insanın yalnız 24 faizi tam COVID-19 vaksini vurdurub.

XS
SM
MD
LG