Accessibility links

Rusiyada kilsə ilə bağlı zarafatlar edən yumorist ölkədən qaçıb


Aleksandr Dolqopolov
Aleksandr Dolqopolov

Məşhur stand-up komediya ustası Aleksandr Dolqopolov təhlükəsizlik səbəbilə Rusiyanı tərk etməli olub. Vəkili cümə axşamı bildirib ki, polis səhnədə İsa peyğəmbər və pravoslav kilsəsi ilə bağlı zarafatlar etdiyinə görə Dolqopolovla bağlı istintaq işi açıb.

Stand-up ustası Aleksandr Dolqopolov bildirib ki, ötən fevral ayında Sankt-Peterburqdakı çıxışından sonra Daxili İşlər Nazirliyi onun çıxış etdiyi məkana bildiriş göndərərək haqqında məlumat almaq istəyib.

Doqquz ay ərzində YouTube-da təxminən 2.8 milyon baxış toplamış bu tamaşada Dolqopolov Müqəddəs Məryəm və İsa Peyğəmbər haqqında zarafatlar edib və uşaqlıqdakı inancını lağa qoyub.

Dolqopolovun vəkili Leonid Solovyov Reuters agentliyinə bildirib ki, polis istintaqı Dolqopolovun zarafatlarının dini inancları təhqir etməsi ilə bağlı edilən şikayət üzrə başladılıb.

"O, təhlükəsizlik səbəbilə Rusiyanı tərk etmək qərarına gəldi" - deyə, Solovyov bildirib. O, bu vəziyyətin müvəqqəti olduğunu söyləyib. Vəkil Dolqopolovun yeni ünvanını gizli saxlayıb.

Rusiyada qəbul olunan yeni qanuna görə, dindarların hissləri və hakimiyyəti internetdə təhqir etmək qadağandır.

"Aydındır ki, onlar məni işimə pərəstiş etdiklərinə görə təqib etmirlər" - deyə, cümə axşamı səhər Rusiya tərk edən Dolqopolov öz YouTube kanalında yerləşdirdiyi video açıqlamada bildirib. "Mən çox qorxuramş... Əminəm ki, problemlər mənim üçün hələ indi başlayır", o əlavə edib.

Rusiyanın Daxili İşlər Nazirliyi mövzu ilə bağlı dərhal şərh verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG