Accessibility links

Rusiyada minlərlə insan koronavirus məhdudiyyətlərinə baxmayaraq dini yürüşdə iştirak edib


Rusiyada minlərlə pravoslav dindar iyulun 16-dan 17-ə keçən gecə Yekaterinburqda dini yürüşdə iştirak edib, baxmayaraq ki, yerli rəsmilər koronavirus pandemiyası səbəbilə tədbirin keçirilməsinə icazə verməyiblər.

Yürüş 1990-cı illərindən əvvəlindən bəri hər il II Nikolay və ailəsinin 1918-ci ildə Bolşeviklər tərəfindən edam edilməsinin ildönümünü qeyd etmək məqsədilə keçirilir.

Yekaterinburq yeparxiyasının yepiskopu da tədbirdə iştirak edib. O tədbirdən öncə yürüşün tədbir çərçivəsindən çıxaraq on minlərlə insanın həyatında müqəddəs bir şeyə çevrilib. Lakin o, dindarları “öz həyatları və ətrafındakıların həyatlarının qorumaq üçün bütün mümkün tədbirləri görməyə” çağırıb.

Sverdlovks vilayətinin qubernatoru Yevgeni Kuyvaşev iyulun 8-də Instagram paylaşımında bildirib ki, rəsmilər tədbirin keçirilməsinə icazə vermirdi, çünki ötən il iştirakçılar maska taxmamışdı və fiziki məsafəni qorumurdu. O deyib ki, ötən ilki yürüşün koronavirusa yolxumalarda artıma səbəb olduğuna dair dəlillər olub.

O əlavə edib ki, pandemiya vəziyyəti bu il koronavirusun yeni ştammı səbəbilə daha da təhlükəlidir.

Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzinin məlumatına görə, pandemiya başlayandan bəri Rusiyada 5.8 milyon yoluxma və 144 milyon ölüm halı qeydə alınıb. Ölkədə iyunun sonunda bəri yoluxmaların üçünçü dalğası yaşanır.

Lakin tənqiçdilər Rusiyadakı ölüm və yoluxma hallarının rəsmi göstəricilərdən daha yüksək olduğunu güman edir, çünki bəzi ölüm səbəbləri yanlış qeydə alınıb, digərləri isə qəsdən gizlədilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG