Accessibility links

Rusiyada Qələbə Günü paradı keçirilib


Rusiya ordusu Sovet İttifaqının Nasist Almaniyası üzərindəki qələbəsinin 74-cü ildönümü mayın 9-da Qızıl Meydanda hərbi parad keçirib.

Rusiya lideri Vladimir Putin və tək xarici qonaq qismində iştirak edən Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevlə birlikdə Rusiyaya məxsus yüzlərlə hərbi maşının Kremlin divarları önündən keçməsini izləyiblər.

Bu il nümayiş etdirilən hərbi silahlar arasında yüni döyüş texnikalarına rast gəlinməyib. Hərbi paradda məşhur Buk, Tor və Topol-M qitələrarası ballistik raketlər də daxil olmaqla, çox sayda tank və raketlər nümayiş etdirilib.

Hava şəraitinin əlverişsiz olması səbəbindən aviasiya nümayişi ləğv edilib.

Əksər Avropa ölkələri Nasist Almaniyası üzərində qələbəni mayın 8-də qeyd edir. Lakin Rusiya və bəzi digər ölkələr çoğrafi vaxt fərqinə görə Almaniyanın təslim olması yübileyini mayın 9-da qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Fransa etirazlarında Bordeaux bələdiyyə binası yandırılıb
please wait

No media source currently available

0:00 0:11:06 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG