Accessibility links

Rusiyada qar uçqunu nəticəsində üç nəfər həyatını itirib


Cümə günü Rusiyanın kurort şəhəri Norilskə baş verən qar uçqunu bir ailənin üç üzvünün ölümünə, dörd nəfərin qarın altında qalmasına səbəb olub.

Rəsmilərin bildirdiyinə görə, xilasedicilər 38 yaşlı qadın, 45 yaşlı əri və onların 18 aylıq uşaqlarının cəsədlərini tapıb.

14 yaşlı uşaq qarın altından sağ çıxarılıb və donvurma səbəbilə xəstəxanaya yerləşdirilib.

Rusiyanın fövqəladə xidmətinin regional ofisi şənbə günü bəyanatda bildirib ki, xilasetmə komandasına 242 nəfər və 29 maşın daxildir. Onlar gecə boyu pis daha şəraitində qar və buzun altında qalan binaları təmizləməyə çalışıblar.

Böyük cinayətlərə bağlı təhqiqat aparan Rusiyanın İstintaq Komitəsi binaların sahiblərinin adekvat təhlükəsizlik tədbirləri görüb-görmədiyini müəyyən etmək üçün cinayət istintaqı başlatdığını bildirib.

Norilsk Rusiyanın şimal-şərqində, Moskvadan 2870 kilometr uzaqda yerləşir.

XS
SM
MD
LG