Accessibility links

Rusiyada sursat zavodunda partlayış baş verib


Noyabrın 27-də Rusiyanın Dzerjinsk şəhərində böyük sursat fabrikində bir neçə partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, partlayış nəticəsində iki işçi xəsarət alıb.

Partlayışın səbəb olduğu yanğında daha sonra söndürülüb.

Rəsmilər yerli sakinlər üçün heç bir təhlükənin törədilmədiyini bildirib.

Rəsmilər 88 işçinin uğurlu şəkildə partlayışın baş verdiyi ərazidən evakusiya edildiyini bildrib.

Hadisə ilə bağlı cinayət istintaqı başladılıb.

Zavodda 2019-cu ilin iyunun birində bir neçə kütləvi partlayış baş vermiş, nəticədə onlarla işçi xəsarət almışdı. Ondan öncə də 2019-cu ilin aprelində partlayış baş vermişdi.

Zavodun vebsaytındakı məlumata əsasən, o, Rusiyadakı ən böyük müdafiə sənayesi zavodudur. Zavodun istehsalının təxminən 30 faizi sursatlar, qalan hissəsini isə əsasən sənaye partlayıcıları və kimyəvi məhsullar təşkil edir.

2018-ci ildə zavodda baş verən partlayış və yanğın nəticəsində altı işçi ölüb, 2020-ci ilin iyulunda isə üç işçi kimyəvi sızma nəticəsində xəstəxanaya yerləşdirilib.

XS
SM
MD
LG