Accessibility links

Rusiyada təyyarədə yanğın azı 13 nəfərin ölümünə səbəb olub


Rusiya təhqiqatçıları Moskvanın Şeremetyevo hava limanında Aeroflot hava yolları şirkətinə məxsus “Suxoy Superjet” təyyarəsində yanğın nəticəsində azı 13 nəfər ölən olduğunu bildirir.

TASS informasiya agentliyinin istinad etdiyi mənbəyə əsasən, bir neçə sərnişinin taleyi məlum deyil.

Şeremetyevo hava limanının rəsmilərinin bildirdiyinə görə, yanğın Suxoy SSJ100 tipli sərnişin təyyarəsinin təcili eniş etdiyi zaman başlayıb. Rəsmilərin verdiyi məlumata əsasən, təyyarədə 73 sərnişin və beş ekipaj üzvü olub.
Təhqiqatçılar və hava limanı rəsmiləri təyyarənin Moskvadan Murmansk şəhərinə uçmaq üçün havaya qalxdığını, lakin qeyri-spesifik problemlərə görə Şeremetyevo hava limanına geri qayıtdığını bildiriblər.

Təyyarədə yanğının baş verməsinin səbəbləri hələ məlum deyil. Fəlakətin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb və cinayət işi açılıb.

Sosial mediada paylaşılmış fotolar və video görüntülərdə insanların yanan təyyarəni tərk etdiyini göstərilir.

XS
SM
MD
LG