Accessibility links

Rusiyada yanacaq qiymətləri Putinin iddiasına uyğun gəlmir


Rusiya prezidenti aprel ayının 11-də nazirlərlə görüşü zamanı kənd təsərrüfatı naziri Dmitri Patruşevin çıxışını kəsərək, yanacaq qiymətlərinin yalnız 0.16 faiz qalxdığını deyib. Vladimir Putin bu il deyil, ötən ilin dinamikalarına nəzər salıb.

Polighraph.info 2019-cu ilin başlanğıcından bəri Rusiyada yanacaq qiymətlərini 2018-ci ilin sonu ilə müqayisə edib.

Rusiyada yanacaq qiymətlərinin dəqiq dinamikasını izləmək mümkün deyil. Məsələn Rusiyanın Rosstat statistika xidməti qiymətlərin 1.7 ilə 2.1 faiz qalxdığını bildirdiyi halda, Qazeta.ru-nun müstəqil analitikləri eyni müddət, yəni 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar aylarında 11 faiz artdığını bildirib.

Peşəkar auditlər və biznes müşavirlərinin şəbəkəsi FinExpertiza yanacaq qiymətlərinin 3 regionda 5, digərlərində isə 0.7 faiz yüksəldiyini qeyd edib. Şəbəkənin icraçı direktoru Nina Kozlova deyib ki, yanacaq qiymətlərinin artması ilə Rusiyada inflasiya səviyyəsi 2.89-la 25 dəfə arasında dəyişir.

Polighraph.info Putinin iddiasının yanlış olduğunu bildirib. Belə ki, onun göstəriciləri həqiqi rəqəmlərdən qat-qat aşağıdır.

Hətta qiymətlərin artması ilə belə Rusiya Bloomberg-in reytinq siyahısında benzinin ən ucuz olduğu ölkələr arasındadır.

XS
SM
MD
LG