Accessibility links

Rusiyada yeniyetmə bıçaqlanma hadisəsinə görə təqsirli bilinib


Rusiyada yeniyetmə məktəbdə 12 nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bıçaqlanma hadisəsinə görə təqsirli bilinib və yeddi illik həbsə məhkum edilib.

Hökm aprelin 29-da Permdə Motovilixa Rayon Məhkəməsi tərəfindən çıxarılıb. 17 yaşlı təqsirləndirilən 30 nəfəri öldürməyə cəhddə təqsirli bilinib.

İttihamnaməyə görə, həmin oğlan, eyni məktəbin keçmiş şagirdi olan başqa bir yeniyetmə ilə birlikdə bıçaqla məktəbə girərək 15 nəfəri yaralayıb. İnsident 2018-ci il yanvarın 15-də baş verib.

Hadisə vaxtı 17 yaşında olan keçmiş şagirdə isə 9 il 8 ay həbs cəzası kəsilib. O, 30 nəfəri öldürməyə cəhddə və məktəb əmlakına ziyan vurmaqda təqsirli bilinib.

Hakimiyyət iki yeniyetmənin ayrı-ayrılıqda mühakimə olunduğunu bildirir. Çünki öncə ikinci şübhəlinin zehni problemləri olduğu deyilərək, yoxlanmaq üçün psixiatrik xəstəxanaya göndərilib. Təqsiqləndirilənlər azyaşlı olduqlarından adları açıqlanmır.

Son bir ildə Rusiyada məktəblərə bir neçə hücum olub. Oktyabrın 18-də Rusiyanın nəzarətində olan Krımda kollecə silahlı hücum olunub, 18 yaşlı birinin 20 nəfəri öldürəndən sonra özünü vurduğu bildirilir.

XS
SM
MD
LG