Accessibility links

Rusiyadakı insan haqları təşkilatı ölkədə 410 siyasi məhbusu siyahıya alıb


Moskvada yerləşən Memorial İnsan Haqları Mərkəzinin məlumatına əsasən hazırda Rusiyada siyasi məhbusların sayı azı 410 nəfərə çatıb.

Rusiyanın aparıcı insan hüquqları qrupu avqustun 16-da yayımladığı hesabatda bu siyahının həbsxanada və ya ev həbsində olan "siyasi məhbusların sayı haqqında yalnız minimum bir təxmin" olduğunu bildirir.

"Əslində, şübhəsiz ki, əhəmiyyətli dərəcədə daha çox siyasi məhbus və siyasi səbəblərə görə həbs edilən insanlar var" deyə hesabatda bildirilir.

Siyahıya alınmış siyasi məhbuslardan 329 nəfər din azadlığı hüququndan istifadə etdiyinə görə, 81 nəfər isə digər siyasi səbəblərdən azadlıqdan məhrum edilib.

İlin əvvəlində siyahıda 349 adam var idi.

Ən məşhur siyasi məhbus isə Aleksey Navalnıdır. O ötən il sinir maddəsi ilə zəhərləndikdən sonra Almaniyada müalicə alıb, yanvar ayında Moskvaya qayıtdıqdan sonra həbs olunub.

Memorial təşkilatı Navalnıdan başqa, Kreml tənqidçisinin çoxsaylı tərəfdarlarının, habelə müxalifət liderinin həbsinə etiraz aksiyaları haqqında məlumat verən "Doxa" tələbə jurnalının jurnalistlərinin də siyasi məhbuslar olduğunu bildirir.

Siyahıya əlavə edilənlər arasında sentyabr ayında keçiriləcək parlament seçkilərində iştirak edəcək fəallar və potensial müxalifət namizədləri var.

"Bir çox potensial namizəd müxtəlif qanunsuz və əsassız ittihamlarla mühakimə olunub" deyə Memorial bildirir.

Təşkilat eyni zamanda "dindarlara qarşı təzyiqlərin dayanmadığını" da bildirir, çünki siyahıya dini etiqadları səbəbilə həbs olunan yeni 78 şəxsin adı da əlavə edilib.

Memorial xüsusilə qadağan olunmuş "Təbliği Camaat"ı və "Hizb-ut-Təhrir"ə üzv olmaqda günahlandırılan müsəlmanların hədəf alındığını və eləcə də Yehovanın Şahidlərinə qarşı təzyiqlərin "əhəmiyyətli dərəcədə artdığını" bildirir.

Memorial yanvar - avqust ayları arasında Yehovanın Şahidlərinin ya ev dustaqlığına, ya da dəmir barmaqlıqlar arasına salınmasına dair 46 faktı sənədləşdirib.

Rusiya 2017-ci ildə Yehova Şahidlərini ekstremist qrup adlandıraraq qadağan edib, üzvlərinə qarşı məhkəmə və həbs cəzaları tətbiq edib.

Bu xristian qrup qapı-qapı dolaşıb dini təbliğ etmək, İncili dərindən öyrənmək, hərbi xidmətdən imtina etmək, milli və dini bayramları eləcə də doğum günlərini qeyd etməməklə tanınır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG