Accessibility links

Rusiyadan 175, Hindistandan 18 Azərbaycan vətəndaşı gətirilir


Rusiyada qalan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi davam etdirilir. Bu gün 175 nəfər Azərbaycan vətəndaşı Rusiyadan Azərbaycana gətirilir. Mayın 26-da 131 Azərbaycan vətəndaşının Rusiyadan qayıtması təmin olunub. Bundan öncə, mayın 20-də Rusiya-Azərbaycan sərhədində bir aydan çox gözləyən 120 nəfər Azərbaycan vətəndaşı da ölkəyə gətirilib.

Bu barədə Azərbaycanın rəsmi qurumları məlumatlar yayıb.

Yerli media Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynova istinadən bildirir ki, hazırda Rusiyadan Azərbaycana keçmək isəyən 600-dən çox Azərbaycan vətəndaşı Rusiya-Azərbaycan sərhədində gözləyir.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, bu gün, mayın 27-də Hindistanda qalmış 18 Azərbaycan vətəndaşı bu ölkənin təyyarəsi ilə Tbilisiyə gətiriləcək.

Mayın 19-da Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, pandemiya dövründə 20 mindən çox Azərbaycan vətəndaşı mütəşəkkil qaydada xaricdən təxliyə edilib.

“Biz bu işləri kortəbii görə bilmərik. Mütəşəkkil qaydada, qrafik üzrə, ölkələr üzrə bölgü aparılıb: hansı ölkədən nə vaxt, nə qədər Azərbaycan vətəndaşı gələcək. Bu işlər bu qaydada davam etdiriləcək," Əliyev qeyd edib.

Dövlət başçısının dediyinə görə, ən çox təxliyə edilən vətəndaşlar Rusiyadan gəlib.

"Bu günə qədər Rusiyadan 6 500 Azərbaycan vətəndaşı gəlib və bu proses davam etdirilir, ancaq dediyim kimi, mütəşəkkil qaydada. Hər kəs öz adını qeydiyyata salmalıdır, xüsusi portal da - “Evə gedirəm” mövcuddur. Ona görə təxliyə işləri də mütəşəkkil qaydada aparılacaq," dövlət başçısı bildirib.

Bundan öncə, mayın 18-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya-Azərbaycan sərhədində toplaşan Azərbaycan vətəndaşlarının evlərinə dönməsi məsələsini müzakirə edib.

“Prezidentlər hər iki ölkənin müvafiq nazirlikləri və dövlət qurumlarının problemi regional hakimiyyət nümayəndələri ilə birlikdə həll etmələri barədə razılığa gəliblər,” Kremlin məlumatında deyilir.

Prezidentlərin telefon danışığından sonra iki ölkənin xarici işlər nazirləri iki dəfə məsələnin həlli istiqamətində müzakirə aparıb.

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG