Accessibility links

Rusiyadan gedənlərin sayı rəsmi statistikadan 6 dəfə çoxdur


Rusiya Federasiyasını tərk etmək istəyən vətəndaşlar Rusiya-Norveç sərhədində nəzarət yoxlanış məntəqəsində gözləyir.
Rusiya Federasiyasını tərk etmək istəyən vətəndaşlar Rusiya-Norveç sərhədində nəzarət yoxlanış məntəqəsində gözləyir.

Media-resurs “Proyekt”qrupunun jurnalistləri dövlət statistika xidmətinin ölkədən insanların mühacirəti ilə bağlı rəqəmləri azaltdığını müəyyən ediblər. Rusiyanın statisika xidmətinin məlumatlarına görə, prezident Putinin üçüncü dönəm hakimiyyəti dövründə ölkədən gedənlərin sayı 1.7 milyon nəfər təşkil edb.

Lakin ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi Rusiyadan gələnlərin sayının Rusiya statisika xidmətinin göstərdiyi rəqəmlərdən 6 dəfə çox olduğunu bildirib.

Rusiya 2017-ci ildə ölkədən gedənlərin sayına görə, dünyada üçüncü yerdədir. Birinci yerdə Hindistan, ikinci yerdə isə Meksika gəlir. Rusiya hətta Çin və Banqladeşdən də irəlidədir.

Rusiyanın statisika xidmətinə əsasən, mühacirətə səbəb olan ən yayılmış motivlər şəxsi və ailə vəziyyəti ilə əlaqədardır. Lakin sosioloji rəy sorğuları fərqli mənzərəni təsvir edir.

Levada mərkəzinin məlumatına görə, ölkəni tərk etməyin əsas səbəbi olaraq insanlar xarici ölkələrdə daha yaxşı həyat şəraiti və işlə təmin olma imkanlarını, eləcə də Rusiyada qeyri-sabit iqtisadi durumu göstərirlər. Mühacirətə ən çox meyli olan qrup 20 yaşından 34 yaşına qədər gənclərdir.

2017-ci ildə ali təhsilli Rusiya vətəndaşlarının əksəriyyəti Almaniya, İsrail, Çin və ABŞ-a mühacirət edib. Amerikada onlar əsas etibarilə Kaliforniyada başlıca texnologiya şirkətlərinin yerləşdiyi San Fransisko bölgəsini seçir.

XS
SM
MD
LG