Accessibility links

Rusiyadan hərbi texnika almış Türkiyə hələ də ABŞ sanksiyaları ilə vurula bilər


VAŞİNQTON – Türkiyə hələ də ABŞ sanksiyalarına məruz qala bilər. Ankaranın Rusiyadan S-400 havadan müdafiə sistemi almasının fəsadlarından biri olaraq ABŞ rəsmiləri Rəcəb Tayyib Ərdoğan hökumətini NATO alyansını təhlükə qarşısında qoyacaq addıma görə cəzalandırmaq yollarını nəzərdən keçirirlər.

“Onlar hələ ki, sanksiyalardan yan keçməyiblər,” deyə Dövlət Departamentinin Siyasi-Hərbi Məsələlər üzrə Katib Yardımçısı Klark Kuper bəyan edib. “Bütün seçimlər masa üzərindədir.”

Türkiyənin F-35 proqramından xaric edilməsi türk şirkətlərinə $9 milyard dollara başa gəlib.


Kuper əlavə edib ki, Vaşinqton hələlik sanksiyalar üçün konkret vaxt çərçivəsi müəyyənləşdirməyib.

Türkiyə ilə ABŞ arsında gərginliklər Vaşinqtonun Suriyada İŞİD-ə qarşı döyüşən kürd qüvvələrinə dəstək verməsi ilə əhəmiyyətli dərəcədə artıb. Lakin Ankaranın təkmilləşmiş rus-istehsallı havadan müdafiə sistemi alması qərarı da oxşar şəkildə gərginliklərə töhfə verib.

Aylarla ABŞ Ankaraya Rusiyadan hərbi texnika almamaq barədə xəbərdarlıq etmişdi.

Vaşinqton Türkiyəyə aydın etmişdi ki, belə bir addım atılacağı təqdirdə Türkiyənin F-35 son model hərbi təyyarələrin istehsalında tərəfdaş olaraq rolu risklə üzləşə bilər.F-35 təyyarələri ABŞ hava qüvvələri arsenalının ən inkişaf etmiş qırıcıları sayılır.

F-35 ABŞ hərbi arsenalının ən qüdrətli təyyarələrindən sayılır
F-35 ABŞ hərbi arsenalının ən qüdrətli təyyarələrindən sayılır

İyul ayında Rusiyanın S-400-ləri Türkiyəyə çatdırmasından sonra Ağ Ev Türkiyə ilə F-35 əməkdaşlığının sona çatdığını elan etdi.

Təxmin edilir ki, Türkiyənin F-35 proqramından xaric edilməsi türk şirkətlərinə $9 milyard dollara başa gəlib.

XS
SM
MD
LG