Accessibility links

Rusiyadan mühacirət etmək istəyənlərin çoxu 18-24 yaşlı gənclərdir


Rusiya vətəndaşları arasında daimi yaşayış üçün xarici ölkələrə mühacirət etmək istəyənlərin 41 faizinin 18 yaşla 24 yaş arasında gənclər olduğu bildirilir.

Bu məlumatları bazar ertəsi günü Rusiya kütləvi informasiya vasitələri “Levada mərkəzi”nin son sorğusuna əsasən açıqlayıb.

Bununla belə, mərkəzin apardığı sorğunun nəticələrinə görə, mühacirət etməyə hazır olanların sayı 17 faiz təşkil edir. Bu göstərici son illər aparılan sorğuların nəticələrinə görə dəyişməyib.

Yerlərini qətiyyən dəyişmək istəməyənlər isə 61 faiz təşkil edir. Bu, keçən illə müqayisədə 5 faiz artıqdır.

“Bununla belə Rusiyanın hər beş vətəndaşından birinin 2-3 il bundan əvvəl xaricə daimi yaşayış yeri olaraq köçmüş qohumları, ya da tanışları var”, İnterfaks agentliyi “Levada mərkəzi”nin son sorğusuna istinadən məlumat verib.

Bildirilir ki, gənclərin 95 faizi Rusiyadan gedən insanlara “müsbət”, ya da “neytral” münasibət bəsləyir. Rusiyadan mühacirət edənlərə ən neqativ münasibət bəsləyən qrup yaşları 55-dən yuxarı olan vətəndaşlardır.

XS
SM
MD
LG