Accessibility links

Rusiyalı agent Mariya Butinaya hökm oxunub


ABŞ-ın federal hakimi Rusiyanın silah hüquqları müdafiəçisini ABŞ-ın Milli Tüfəng Assosiasiyasına (NRA) sızıb, ABŞ-ın mühafizəkar fəalları ilə respublikaçı siyasətçilərinə təsir göstərmək məqsədilə Rusiyanın yüksək vəzifəli rəsmisi ilə əməkdaşlıq etmək ittihamı ilə 18 ay müddətinə həbsə məhkum edib.

Vaşinqtonda yerləşən Amerikan Universitetinin sabiq magistr tələbəsi Mariya Butina dekabr ayında günahını boynuna alıb. ABŞ-ın Vaşinqtondakı rayon məhkəməsi cümə günü Butinanın artıq həbsdə keçirdiyi doqquz ayın həbs cəzasından endiriləcəyini və həbs müddəti bitəndən sonra onun deportasiya olunacağını bildirib.

Mariya Butina
Mariya Butina

Butina xarici agent kimi xidmət göstərmək ittihamını qəbul edərək, günahını etiraf edib. Vəkilləri onun həbsdə keçirdiyi müddət qədər həbs cəzası almasını və prokurorlarla əməkdaşlıq edəndən sonra Rusiyaya deportasiyasını tələb edib. Prokurorlar da məhkəmədən ötən ilin iyul ayından bəri həbsdə olan Butinanın deportasiya edilməsini və onun 18 aylıq azadlıqdan məhrum edilməsini tələb edib.

ABŞ-ın baş prokuroru Uilyam Barr deyib ki, Butina həbs cəzasını çəkmədən Rusiyaya deportasiya edilməlidir.

Butina 2016-cı il prezident seçkisindən öncə ABŞ siyasətini Rusiyanın xeyrinə dəyişməsinə təsir göstərməyə cəhd etdiyinə görə məhkum olunan ilk Rusiya vətəndaşıdır. Burina etiraf sənədlərində bildirib ki, o, işini Rusiyada kiçik silah hüquqları qrupuna başçılıq edən keçmiş Kreml rəsmisi Aleksandr Torşinin rəhbərliyi altında aparıb. O, 2013-cü ildə ABŞ-ın ən qüdrətli lobbi qruplarından biri olan və prezident Donald Tramp daxil olmaqla bir çox respublikaçı siyasətçi ilə yaxın münasibətləri olan NRA ilə əlaqələr qurmağa başlayıb.

30 yaşlı Butina ona ABŞ siyasətinə təsir göstərmək gücünə malik insanlarla qanunsuz kommunikasiya etməsinə yardım etməsi üçün amerikalı siyasi əmliyyatçılarla işləyib.

Prokurorlar məhkəməyə təqdim etdikləri sənəddə Butinanın “onun işinin bir qismi ilə bağlı Rusiya hökümətinə” məlumat verildiyindən xəbərdar olduğunu, lakin özünün “nə təlim keçmiş kəşfiyyat işçisi nə də casus olmadığını” söyləyib.

Vəkilləri aprelin 19-da hökmlə bağlı tələblərində Butinanın ABŞ-Rusiya münasibətlərini yaxşılaşdırmaq ümidi ilə hərəkət etdiyini və “əməkdaşlıq və əhəmiyyətli yardım vasitəsilə səhvlərini kompensasiya etmək üçün əlindən gələni etdiyini” söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG