Accessibility links

Rusiyalı aktrisa və kinorejissoru daşıyan kosmik gəmi Yer kürəsinə dönüb


Actress Yulia Peresild
Actress Yulia Peresild

İki rusiyalı kinerejissoru və bir kosmonavtı daşıyan kosmik kapsul Qazaxıstana enib.Bununla da onların Beynəlxalq Kosmik Stansiyaya 12 günlük səfərləri başa çatıb. Bu barədə Rusiyanın fəza agentliyi Roskosmos xəbər verib.

Soyuz kapsulu Yer kürəsinə oktyabrın 17-də Beynəlxalq Kosmik Stansiyadan ayrılandan bir neçə saat sonra dönüb. Kapsulun içində Oleq Novitski, Yulia Peresild və Klim Şipenko olub.

Məşhur rusiyalı aktrisa Peresild və mükafatları olan kinorejissor Şipenko oktyabrın 5-də Beynəlxalq Kosmik Satansiyaya 12 günlük səyahət ediblər və orada “Çağırış” adlı dram filminin bir hissəsini çəkiblər.

Peresild Beynəlxalq Kosmik Stansiyanı tərk edərkən bir az kədərləndiyini deyib.

“Mən bu gün bir az kədərliyəm. Düşünürdüm ki, 12 gün uzun keçəcək, amma hər şey bitəndən sonra geri dönmək istəmirdim,” Peresild dövlət televiziyasında bildirib. “Aydındır ki, bu həyatda tək bir dəfə baş verən bir təcrübə idi.”

Filmdə Peresildin canlandırdığı həkim orbitdə təcili əməliyyat edilməli olan ekipaj üzvünü xilas etmək üçün kosmik stansiyaya yola düşür. Filmdə xəstə kosmonavtı canlandıran Novitski Beynəlxalq Kosmik Stansiyada altı ay keçirəndən sonra Yer kürəsinə dönüb.

Bu film Rusiya fəza agentliyi Roskosmos, Rusiyanın Birinci Kanalı və Sarı, Qara və Ağ studiyasının ortaq layihəsidir.

Roskosmos bildirib ki, filmin məqsədi film bu sənayeni gənc insanlar üçün daha cəlbedici hala gətirməkdir. Lakin tənqidçilər deyir ki, layihə bahalıdır və bu pul onun yerinə tədqiqata xərclənə bilərdi.

Kosmik stansiyada hələ də yeddi astronavt qalır. Onlar rusiyalı Şkaplerov və Pyotr Dubrov, amerikalı Mark Vande Hei, Şeyn Kimbro və Meqan MakArtur, Avropa Fəza Agentliyindən Tomas Pesket və yaponiyalı Aki Hoşidedir.

XS
SM
MD
LG