Accessibility links

Rusiyalı tennisçi həbs edilib


Keçən il oyunu almaqda şübhəli bilinən rusiyalı tennisçi bu il Fransa Açıq Turniri zamanı həbs olununub. Bu barədə tennisçinin vəkili cümə günü Associated Press-ə bildirib.

Vəkil Frederik Belot sözlərinə görə, Rusiyanı təmsil edən və 765 xalı olan tennisçi Yana Sizikova ittihamları rədd edib. Vəkil idmançının ona atılan böhtandan şikayyət vermək istədiyini bildirib.

Paris prokurorluğu AP-yə "beynəlxalq qadın oyunçunun" həbsdə olduğunu təsdiqləsə də, onun kimliyini açıqlamayıb.

Prokurorluq bildirib ki, o, cümə axşamı gecə "2020-ci ilin sentyabrında idmanda rüşvət və mütəşəkkil saxtakarlıq ehtmalı olan addımlarına görə" həbs edilib.

Keçən oktyabr ayında Fransa polisinin mərc saxtakarlığı və oyunu almaq üzrə ixtissaslaşmış bölməsi istintaq prossesi açıb. Onlar daha əvvəl peşəkar tennisin aşağı səviyyələrində şübhəli oyunları araşdıran Belçika rəsmiləri ilə birlikdə işləyib.

Fransa tennis federasiyası istintaqın davam etməsi səbəbindən əlavə məlumat verə bilməyəcəyini bildirib.

İdmanda razılaşdırılmış oyunları araşdıran Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi işin detalları şərh etməkdən imtina edib. Lakin Fransa hüquq-mühafizə orqanları ilə davamlı əlaqədə olduqlarını bildirib.

Telefon danışığında AP-yə danışan vəkil Sizikovanın "son dərəcə şok olduğunu" deyib.

"O, cinayətkar kimi nəzarətə alındı. Günahsız olduğunu və özünü qurban hesab etdiyi üçün sorğu-sual zamanı ona kömək etməyimi istəmədiyini dedi"- vəkil Belot bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG