Accessibility links

Rusiyanın ölüm statistikası G20 ölkələrindən necə fərqlənir?


Rusiyanın dövlət statistika agentliyi Rosstatın bildirdiyinə görə, ölkədə 2005-ci ildən bəri ölüm halları 25 faiz azalıb. Lakin qurum bu göstəricinin gələn 15 il ərzində davamlı qalacağına inanmır. Belə ki, 2030-cu illərin ortalarında ölüm hallarının artacağı təxmin edilir.

“Standartlaşdırma” indikatorları ilə əhalinin yaş strukturu hesablanıb. "Gənc” nəslin daha çox olduğu ölkələrdə ölüm halları göstəriciləri aşağı, yaşlı nəslin çox olduğu ölkələrdə isə ölüm halları göstəriciləri yüksək olur.

Sinir sistemi xəstəliklərindən ölənlərin sayı 0.7 faizdən 6.2 faizə qalxıb.

Rosstat göstəriciləri ümumi daxili məhsul istehsalının 80 faizini təmin edən Böyük İyirmiliyin göstəriciləri ilə müqayisə edib.

Son on illik ərzində Rusiyada ölüm göstəriciləri nəzərə çarpacaq şəkildə dəyişib. Ölüm hallarının birinci səbəbi olan ürək-damar xəstəlikləri 2008-ci ildə 57.1 faiz təşkil edirdisə, 2018-ci ildə bu göstərici 46.3 faizə enib.

Eyni müddət ərzində avtomobil qəzaları, qətl, zəhərlənmə və intihar kimi “xarici səbəblərdən” ölənlərin sayı 11.8 faizdən 7.12 faizə enib.

Rusiyada ölüm hallarının səviyyəsi dünya boyu orta rəqəmdən yüksəkdir.
Rusiyada ölüm hallarının səviyyəsi dünya boyu orta rəqəmdən yüksəkdir.

Bununla yanaşı, neoplazma xərçəng növündən ölüm göstəriciləri 13.9 faizdən 15.9 faizə yüksəlib. Sinir sistemi xəstəliklərindən ölənlərin sayı 0.7 faizdən 6.2 faizə qalxıb.

Rusiya Böyük İyirmilik ölkələri arasında vərəmə görə ən yüksək göstəriciyə malikdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG