Accessibility links

Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi İslambaddadır


Rusiya diplomatı Əfqanıstanın qonşuları ilə birbaşa danışıqların müzakirəsi məqsədi ilə Pakistana səfər edib.

Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov İslambada səfəri ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın Əfqanıstanda barışıq məqsədi ilə Talibanla Qətər görüşündən sonra təsadüf edir.

Onun pakistanlı həmkarı ilə müzakirələri gözlənilir.

“Region ölkələri Əfqanıstandakı durumla bağlı narahtlıqlara malikdir. Onlar nəzər nöqtələrini mübadilə etmək istəyir”, deyə Pakistanın yüksək səlahiyyətli rəsmisi Amerikanın Səsinə bildirib.

Rusiya Talibanla Əfqansıtan hökumətini müzakirələr masası arxasına gətirməyə çalışır. Belə ki, bu ölkədəki vəziyyətin qonşu ölkələrə təsiri narahatlıqlar doğurur.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşmək üçün dünən Kabilə gedib.

Səfər Xəlilzad və ABŞ dövlət kaitbi Mayk Pompeonun Qətərdə Talibanla keçirilən müzakirələrin uğurlu olduğunu elan etməsindən sonra baş tutub.

Əfqanıstanda müharibəyə son qoyulmasına dair danışıqlardan sonra Xəlilzad Əşrəf Qaninin dəstəyini əldə etməyə çalışıb.

Nə Xəlilzad, nə də ki, ABŞ-ın kabildəki səfirliyi görüşlə bağlı şərh verib.

Qətərdə əldə edilən razılıq ABŞ və qiyamçı nümayəndələr arasında demək olar bir həftə davam edən intensiv və fasiləsiz danışıqların nəticəsi olub.

Danışıqlarda Qətər höküməti və Pakistanın nümayəndələri də iştirak edib.

Taliban hərəkatı xüsusi ilə “İslam dövləti” və “Əl Qaidə” qruplarının Əfqanıstan ərazisindən istifadə etmələrinə imkan verməyəcəyini vəd edib.

Razılaşmada həmçinin barışıq, Əfqanıstanda müvəqqəti hökumətlə bağlı razılaşma, həmçinin xarici qoşunların 18 ay ərzində Əfqanıstandan çıxarılması nəzərdə tutulur.

Moskva formatı adı altında Taliban müzakirəçilərinin qatıldığı ilk konfrans Moskvada noyabr ayında keçirilib. Lakin müzakirəçilər Əfqanstan rəsmiləri ilə birbaşa görüşə razılıq verməyib.

Taliban Xəlilzadla görüşləri zamanı da bu kimi danışıqları rədd edib.

Pakistan və Rusiya ilə bərabər İran da Talibanla təmasdadır. Tərəflər Əfqanıstanda uzunmüddətli müharibəsinə sülh yolu ilə son qoyulmasına çalışdıqlarını iddia edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG