ABŞ-ın Ədliyyə Nazirliyi Rusiyanın 12 kəşfiyyat zabitinə qarşı ittiham irəli sürüldüyünü bəyan edib. Onlar 2016-cı il ABŞ-da prezident seçkilərinə hakerliklə müdaxil etməkdə günahlandırılır.
İttihamnamə bu gün davam etməkdə olan tədqiqiatın bir hissəsi olaraq baş prokuror müavini Rod Rozensteyn tərəfindən elan edilib. Təhqiqat Tramp kampaniyasının Rusiya ilə əlaqələrini araşdırır.
Ruslar prezidentliyə demokrat namizəd Hillari Klintonun kompüter şəbəkəsinə qarşı hakerlikdə ittiham edilir.
Daha əvvəl 20 fərd və 3 təsisata qarşı ittihamlar irəli sürülmüşdü.
Onların 4-ü Trampın seçkiqabağı kampaniya komandasının üzvü, 13-ü isə rusdur.